Accessibility links

"Polisin maliyyələşdirilməsinin dayandırılması”na çağırışlar müzakirələrə səbəb olub


"Polisin maliyyələşdirilməsinin dayandırılması”na çağırışlar müzakirələrə səbəb olub
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Bu yaxınlarda bir neçə afrikalı amerikalının hüquq-mühafizə orqanları təfərindən öldürülməsi Birləşmiş Ştatlarda polisin rolu ilə bağlı yeni debatlara yol açıb. ABŞ boyu nümayişlər artıq üçüncü həftədir davam edir və etirazçılar “polisin maliyyələşdirilməsinin dayandırılması”na çağırır. Lakin maliyyələşdirməni dayandırmaq sözü belə bəzi insanlarda çaşqınlıq yaradır.

Corc Floyd və başqa qara amerikalıların polis tərəfindən öldürülməsinə qəzəblənən etirazçılar Birləşmiş Ştatlardakı hazırkı polis sisteminin ləğvinə çağırır.

“Polisə azlıq icmalara, xüsusilə də qaralara qarşı qəddar şəkildə davranmaq üçün milyardlarla dollar pul ayrılır. Bu isə tam ədalətsizlikdir. Bu zülmdür. Bu irqçilikdir,” etirazçı Brenda deyir.

“Polisin maliyyələşdirilməsini dayandır” etirazlardakı əsas şüarlardan birinə çevrildiyi bir vaxt, bunun arxasındakı məna ilə bağlı müzakirələr artır. Bəziləri bunun polisə ayrılan pulların tamamilə dayandırılmasına dair çağırış olduğunu düşünsə də, bəzi tərəfdarlar bunun polis idarələrinin tamamilə ləğv edilməsi ilə bağlı çağırış olmadığını deyir. Onların sözlərinə görə, bu, hərbləşdirilmiş qüvvə olduğunu düşündükləri və irqçilikdə ittiham etdikləri polis idarələrinə ayrılan pulların başqa sahələrə yönləndirilməsidir.

“Bu, polisə xərclənən resursların bir çox baxımdan zorakılıqla idarə olunan polis idarələrinin əvəzinə ictimai sağlamlıq, social işçilərə və icmalarımız ehtiyacı olduğu ictimai xidmətlərə xərclənməsini təmin etmək deməkdir,” etirazçı Dana deyir.

Lakin etirazçıların hamısı bunula razılşamır.

“Mən pislərin çıxarılıb, yaxşıların saxlanmasına və ya işə alınmasına üstünlük verərdim. Mən lazım olanda zəng edib, onları çağıra bilmək istəyirəm,” Merilend sakini Beverli Hill deyir.

Buna baxmayaraq hərəkat getdikcə populyarlıq qazanmağa başlayıb. Belə ki, Los Anceles və Nyu York rəsmiləri polisin büdcəsini kəsəcəklərinə söz verib. Floydun öldürüldüyü Minneapolisin Şəhər Şurası da polis idarəsini ləğv etməyi vəd edib.

“Bizim məqsədimiz şəhərimizin Minneapolis Polis İdarəsi ilə zəhərli münasibətinə son qoymaqdır,” Minneapolis Şəhər Şurasının prezidenti Lisa Bender deyir.

Belə bir hal daha öncə baş verib. Tərəfdarlar Nyu Cersi ştatının Kamden şəhərini misal çəkir. Bir zamanlar ABŞ-ın ən ölümcül şəhəri hesab edilən Kamden 2013-cü ildə polis idarəsini tamamilə ləğv edərək, yenidən qurub. O zamandan bəri şəhərdə zorakı cinayətlərin nisbəti əhəmiyyətli dərəcədə azalıb.

Professor Castin Hansford deyir ki, bu cür böyük islahat üçün status kvo yenidən dəyərləndirilməlidir.

“Eyni şey seqreqasiyaya aid idi. Bəzi insanlar düşünürdü ki, ‘bu, bizim həyat tərzimizdir. Biz ayrı olsaq daha yaxşı olmazmı? Biz onillərdir beləyik.’ Amma biz seqreqasiyaya qarşı mübarizə apara bildik. İndi idə polisi ləğv etmək ideyası bizi onu daha yaxşı sistemlə əvəz etməyi nəzərdən keçirməyə həvəsləndirir,” o deyir.

Lakin polisin maliyyələşdirilməməsinin əleyhdarları deyir ki, polis sistemində islahata bu cür yanaşma yanlışdır.

“Əgər polis idarəsinin rəhbərilyi mədəni baxımdan müvəffəqiyyətsizliyə uğrayıbsa, deməli onlar sakinlərinə düzgün xidmət göstərə bilməyiblər. Buna görə də, orada struktur dəyişikliyi, yenilik olmalıdır. Amma sadəcə olaraq ‘biz idarəni ləğv edəcəyik’ demək olmaz. Bəs bundan sonrakı planınız nədir? Bütün polis idarələri eyni deyil. Hamısına eyni cür yanaşmaq olmaz,” Detroyt Polis İdarəsindən Ceyms Kreq deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG