Accessibility links

Dəb sahəsinin mağazaları iqtisadi böhrandan çıxmağa çətinlik çəkir


Dəb sahəsinin mağazaları iqtisadi böhrandan çıxmağa çətinlik çəkir
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Ştatların bir-birinin ardınca qapanmadan çıxmasına baxmayaraq, moda sənayesi mağazaları ciddi problemlə üzləşir - aylardır rəflərdə qalan malların satıla bilməməsi ilə. Geyimlərin onlayn satışları hər zaman var, lakin alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən mağazalar itkiləri qarşılaya bilmir.

"Reuters"in məlumatlarına əsasən, satış 90% azaldığı üçün 2020-ci ilin yaz ayları yüzlərlə moda mağazaları üçün fəlakət olub. Ekspertlərin fikrincə, onlayn satışlar itirilmiş gəlirləri ödəmək iqtidarında deyil.

Ancaq bəzi kiçik mağazalar biznesdə ulduzlaşmağın yaradıcı yollarını tapır.

“Biz bir qədər fərqli moda səhəsi satıcısıyıq. Xüsusi və eksklüziv olduğu üçün inventarımızı böyük şəbəkə-mağazalardan daha uzun müddətə saxlayırıq. Bəzən bir əşyanın inventarını satmaq üçün bir il və ya daha çox vaxt tələb olunur" - deyə, Kaliforniyadan Standard & Strange mağazasının nümayəndəsi Neil Baret bildirib.

"Biz moda sahəsi haqda düşünülən yerdən uzaqdayıq. Etdiyimiz bu deyil. Geyim satırıq, paltar satırıq, satdığımız şeylərin çoxunu on il əvvəl, iyirmi il əvvəl geyə bilərdiniz... ” - deyə, Ceremi Smit qeyd edib.

Moda satış mağazalarının pandemiya səviyyəsindən əvvəlki fəaliyyətə nə vaxt dönə biləcəyi hələ məlum deyil. Ştatlar tədricən qapanmalardan çıxdıqca hər gün daha az tutumlu mağazalar açılır və məcburi temperatur yoxlamaları həyata keçirilir. Onların bir çoxunda paltardəyişmə otaqları bağlı qalmaqdadır.

“Bu, stressli nikbinlikdir. Biz sifarişlər üçün açılırıq. Əgər zənglər başlarsa, bunun nə anlama gələcəyini dəqiq bilmirik... Ancaq tərəqqinin olduğunu görməyimiz bizi həyəcanlandırır" - deyə, Timbuk2-nin nümayəndəsi Mişel Nadeau bildirib.

Mütəxəssislər deyirlər ki, moda sahəsinin pərakəndə mağazalarının əksəriyyəti yenidən açılanda böyük satışlardan başlayacaqlar - bu dəfə yalnız onlayn deyil, həm də mağazada.

XS
SM
MD
LG