Accessibility links

Koronavirus dövründə məşqlərin davam etdirilməsi üçün yaradıcı həll


Koronavirus dövründə məşqlərin davam etdirilməsi üçün yaradıcı həll
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Koronavirus dövründə məşqlərin davam etdirilməsi üçün yaradıcı həll

Dünyanın bəzi yerlərində koronavirusun yayılmaması üçün ehtiyat tədbirləri görülür və bu, COVID-19-a yoluxma halları ilə eyni vaxtda davam edir. Amerika Birləşmiş Ştatları ən çox yoluxma halları olan ölkədir və müəssisələr fəaliyyətini dayandırmamaq üçün vəziyyətə uyğunlaşmalıdır.

Kaliforniyanın Redondo Çimərliyindəki idman salonunda hazırkı vəziyyətdə məşqlərə xoş gəlmisiz.

"COVID-dən əvvəl heç bir qutular və baryerlərimiz yox idi, təbii ki, və indi yenidən açmaq bizim üçün çətin idi, çünki bir çox müştərimiz üçün normal vəziyyətə qayıtmaq rahat deyil" - deyə, South Bay Fitness-in sahibi və təlimçisi Pit Sapsin bildirib.

Pit Sapsin Inspire South Bay Fitness-in sahibdir. Bu, koronavirus pandemiyasının ən ağır zərər vurduğu sahələrdən biridir. Maskadan istifadə edən insanlarla Zoom proqramı ilə işləməyi sınadığını, amma nəfəs alma probleminin olduğunu qeyd edib. Belə olan halda, həyat yoldaşı bu plastik ayırıcıları və divarları tərtib edib.

"Gördüm və dedim: yaxşı, gəl bunu edək. Biz bunu borularla, duş pərdələri ilə edə edə bilərdik . İndi əlavə qorunma var. Yəni bu, yüz faiz COVID-dən qorumasa da, hər kəsin daha rahat hiss etməsi üçün sadəcə bir təbəqədir" - deyə, təlimçi qeyd edib.

Əvvəlcə şübhə ilə yanaşan Sapsin planları görəndə sevincindən göyə atıldığı bildirib. O deyir ki, plastik otaqları hazırlamaq, iştirakçıların sayı 24-dən 9-dək azalsa da, bu, biznesi xilas edə bilər.

"Üç ay bağlı qalmaq bizim üçün məhvəedici oldu. Daha bir ay bağlı qalsaydıq, yenidən biznesi aça biləcəyimizə əmin deyildik. Uğurlu bir biznes idarə etmək artıq çox çətindir. Geri çəkilməmək üçün bir az limitləri aşmaq lazımdır" - deyə, Pit açıqlayıb.

Inspire South Bay Fitness, pandemiya dövründə qeyri-müəyyənliyə meyilli olan təxminən 30 milyon kiçik müəssisədən biridir. Sapsin deyir ki, problem yaradıcı həllini tapsa da, o, sosial uzaqlaşma və plastik otaqlar olmayan gələcəyə nikbin baxır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG