Türkiyə Avropada bir çox daha zəngin ölkələri üstələyərək COVID-19 nəticəsində ən aşağı ölüm göstəricilərinə malik olduğunu bildirir. Lakin həkimlər bundan qənaətbəxş olmağın rekordu korlaya biləcəyi xəbərdarlığını edir.
İstanbulun Sultanqazi Haseki Xəstəxanasının müdiri Dr. Sönməz gündəlik yoxlamalarını edir.
COVID 19-a qarşı mübarizənin əvvəlindən ön cəbhədə olan xəstəxanada İstanbulda ilk xəstələr müalicə edilirdi.
Doktor Mehmet Sönməz xəstələrin sayının iyirmi min nəfərə çatmasından sonra xəstələrin erkən müalicəsi kimi aqressiv strategiyanın Türkiyənin Avropada virus nəticəsində ən aşağı ölüm göstəricilərinə malik olduğunu iddia etməsində əsas rol oynadığını deyib.
Yoluxmaların sayının azalması ilə işçilər arasında rahatlıq hissi yaranır.
Sultanqazi hökumətin səhiyyəyə böyük investisiyalar çərçivəsində tikilən bir çox yeni dövlət xəstəxanalarından biridir.
Özəl xəstəxanaların da buna bənzər genişləndirilməsi Türkiyədə pandemiyanın episentri olan İstanbulda xəstəxanaların dolu olmadığı demək idi.
Virusun müalicəsində də həkimlərə sərbəstlik verildi.
Türkiyə ölüm nisbətinin aşağı olmasında ölkənin gənc əhalisi də faktor kimi göstərilir . Virusa yoluxan çox az sayda gənc xəstəliyi ağır keçirib.
Qərb ölkələri ilə müqayisədə qocalar evində daha az yaşlı insanlar yaşayır.
Ancaq özündən razılıq yeni düşməndir. Hökumətin məhdudiyyətləri yüngülləşdirməsi və daha çox insanın testdən keçməsi ilə infeksiyanın iki dəfə artdığı bildirilir.
Doktor Sönməz və onun işçiləri döyüşdə qələbə əldə edildiyini, ancaq COVID 19-a qarşı müharibənin bitmədiyini bilirlər.