Accessibility links

Kiçik bizneslər ayaqda qalmaq üçün yeni texnikalardan istifadə edir


Kiçik bizneslər ayaqda qalmaq üçün yeni texnikalardan istifadə edir
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Kiçik bizneslər ayaqda qalmaq üçün yeni texnikalardan istifadə edir

Koronavirus pandemiyası dünyadakı kiçik biznesləri yeni gerçəkliyin öhdəsindən gəlmək üçün yeni üsullar - ayaqda qalmaq üçün yeni texnikalardan istifadə etməklə işləməyə məcbur edir.

Şimali Dakotadan avtomobil dileri Renard Berqstormun dediyinə görə, məsrəfləri azaltmaq üçün işçilərinin sayını azalda bilərdi.

Lakin bunun əvəzinə o, komandasının işləməsi üçün qeyri-adi bir üsula əl atıb.

"Pandemiya başladıqda biz 7 nəfəlik komanda bir araya gəldik. 6 nəfər iş yerində idik. Ronda isə 7-ci işçimiz idi.

Ronda Lous virtual yardımçıdır. Ofisdən kənarda çalışan bu qadın gündəlik müştərilərlə dilerlərin işini görür.

"COVID-19 vəziyyəti belədir ki, biz buna daha əvvəl başladıq. İşdən kənarda nə edə bilərik. Ronda ofisdən kənarda diqqətini pərdə arxasında qalan bəzi məqamlara yönəldilə bilər, lazım olan işlər, hazırlanmalı siyasətlər, avadanlıq və təmizləyici materiallar, habelə bu növ əşyalar üçün lazım olan araşdırmalar apara bilər" , Renard Berqstorm deyib.

Berqstrom deyir ki, Ronda bəzi layihələri genişləndirib və bəlkə ona daha bir virtual yardımçı lazım ola bilər.

"Ətrafda çox insan gördüm, işlərini itirir və işdən çıxarılır. Ancaq düşünürəm ki, ümumilikdə daha çox virtual yolda irəliləməsinə və bizneslər üçün daha çox yollar axtarılmasına başlanılacaq" - deyə, Ronda Lous bildirib.

Bergstrom Cars şirkəti demək olar ki, yüz il əvvəl Renardın babası tərəfindən təsis edilib. O, pandemiyaya baxmayaraq, vəziyyətə tez uyğunlaşa bildiyi üçün şirkətin güclü qalacağına inandığını deyir.

XS
SM
MD
LG