Accessibility links

Corc Floydun ölümü və irqçilik mövzusu


Corc Floydun ölümü və irqçilik mövzusu
please wait

No media source currently available

0:00 0:02:54 0:00

May ayında 46 yaşlı qaradərili Corc Floydun Minneapolis polisi tərəfindən saxlanılarkən ölümü ABŞ və dünyada etiraz dalğalarına səbəb olmuşdu. Yeni araşdırmalar ABŞ-dakı hadisələrin dünyanın sosial mediasında irqçilik ətrafındakı mübahisələrin necə getdiyini göstərir.

Mayın 25-də London və Britaniyanın digər şəhərlərindən Paris, Berlin, Tokyo, Sidney və Oklendə kimi - Corc Floydun ölümü ilə baş qaldıran “Qaraların həyatı mühümdür” etirazları bütün dünyada yayılmışdı. Hərəkat küçələrdən çox kənara çıxaraq kiberməkanda da üstünlük təşkil edib.

ABŞ-da fəaliyyət göstərən “Pew” Araşdırma Mərkəzi qanunvericilərin son iki ildə Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadakı “Twitter” fəaliyyətini izləyib. Corc Floydun ölümü və “Qaraların həyatı mühümdür” nümayişləri müzakirələri irqçiliyə yönəltmişdi.

"Corc Floydun öldürülməsindən əvvəl çox az - yalnız 4% adam “Qaraların həyatı mühümdür” və ya bu hərəkatla əlaqəli həştəqlərdən istifadə edirdi. İndi Corc Floydun öldürülməsindən sonra bu mövzulara meyl edənlər istifadəçilərin təxminən yarısı olduğunu görürük" - deyə, "Pew" Araşdırma Mərkəzinin əməkdaşı Ket Devlin bildirib.

ABŞ-da davam edən etirazlar bir çox digər ölkələrdə daxili irqi münasibətlər mövzusunda mübahisələrə səbəb olmuşdu.

"Avstraliyadakı 69% (qanunverici) Corc Floyd və ya “Qaraların həyatı mühümdür” hərəkatı haqqında danışanlar, ölkələrindəki yerli insanlar haqqında da danışmağa başlayıblar. Eyni sözləri Yeni Zelandiyadakı qanunvericilər haqda da demək olar” - deyə, deyə, "Pew" Araşdırma Mərkəzinin əməkdaşı Ket Devlin əlavə edib.

“Twitter”dən istifadə edən bütün Britaniya qanunvericilərinin, demək olar ki, üçdə ikisi Corc Floyd və ya “Qaraların həyatı mühümdür” haqqında paylaşımlar edib. Aksiyaçılara dəstək və həmrəylik nümayiş etdiriblər. Bir çoxları Britaniyadakı qəbul edilən irqi bərabərsizliyi vurğulamaq üçün “Qaraların həyatı mühümdür” həştəqindən istifadə ediblər.

"Mən şəxsən düşünmürəm ki, məsələn Britaniyada həmrəyliklə müşayiət edilən etirazlar ABŞ-la əlaqəlidir. Bu, sistemli irqçiliyin burada – Britaniyada da mövcud olduğunu göstərir" - deyə, siyasi fəal Şola Mos-Şoqbamimu bildirib.

Britaniyadakı araşdırma aparılan qanunvericilərin üçdə birinin tvitləri Prezident Trampın etirazlara münasibətini tənqid edib.

Britaniya qanunvericilərinin 20 faizi nümayişçilərə qarşı tənqidi mesajlar göndərib, sağçı millət vəkilləri isə daha çox onlara qarşı çıxıblar.

Bəzi qanunvericilər koronavirus pandemiyası zamanı etirazçıların toplaşmasını tənqid edirdilər.

"Qanunvericilər etirazlara münasibətdə koronavirus haqqında danışırdılar, lakin sonra bu söhbətlər Britaniyada ağdərili olmayan qruplarda daha pis nəticələrin olmasına çevirilmişdi" - deyə, "Pew" Araşdırma Mərkəzinin əməkdaşı Ket Devlin qeyd edib.

Corc Floydun ölümündən sonrakı həftələrdə qul tacirlərinin heykəlləri qaldırıldı; müstəmləkə tarixi yenidən yazılır; və sosial medianın da təsiri ilə irqi bərabərlik tələbləri daha da güclənib.

XS
SM
MD
LG