Accessibility links

Maska tərəfdarları və əleyhdarları


Maska tərəfdarları və əleyhdarları
please wait

No media source currently available

0:00 0:02:25 0:00

İctimai səhiyyə mütəxəssisləri razılaşırlar: maska geyinin, əllərinizi yuyun və sosial məsafəni qoruyun. Bunlar koronavirus pandemiyasının yayılmasını idarə etməyə kömək edəcək təlimatlardır. Qlobal yoluxmalar 20 milyon ətrafında olduğu vaxt anti-maska hərəkatı qorxudur.

Cümə günü Cənubi Dakota ştatının Stargis şəhəri. COVID-19-un ictimai səhiyyə narahatlığına baxmayaraq, 80-ci illik Stargis Motosiklet Rallisi şəhərə çıxıb. Ralliçilər ictimai səhiyyə mütəxəssislərinin hazırda beş milyondan çox amerikalının yoluxduğu virusun yayılmasının idarə edilməsində açar hesab etdikləri sosial məsafə və maska taxmağın tövsiyələrindən narahat deyildi.

“Xeyr, adətən etdiyimiz kimi heç bir qorunma tədbiri görmədik. Belə vəziyyətin böyük hissəsinin qurma olduğunu düşünürük. Bunun arxasında böyük səbəblər var” - deyə, ralli iştirakçısı Cim Buş bildirib.

İnsanların sağlamlığı ilə bağlı sübutlar göstərməsinə baxmayaraq, Cim Buş kimi yürüşçülər yoluxma riskini həddən artıq şişirdildiyini iddia edir.

Prezident Donald Tramp nadir hallarda ictimai yerlərdə maska taxıb.

ABŞ-ın infeksion xəstəliklər üzrə aparıcı eksperti doktor Entoni Fauçi koronavirusla bağlı təhlükəsizliyin sadə olduğunu deyir:

Harada olmağınızdan asılı olmayaraq, istənilən növ kütlədən çəkinin, çünki bu, yoluxma və yoluxdurmaya səbəb olur. Və mən bir kütləni digəri ilə müqayisə etmirəm. İzdiham içində olduğunuzda, xüsusən də maska taxmadığınızda yayılma qaçılmazdır" - deyə, ekspert qeyd edir.

Dünyada böyüyən, elm və ekspert məsləhətlərinə meydan oxuyan bir hərəkat var. Almaniyanın Ştutqartdakı maskaya qarşı mitinqində olduğu kimi…

“Mən İsa Məsihə inandığım üçün buradayam. Bütün bu koronavirus anti-Məsih məsələsidir. Əsasən xilaskarımız İsa Məsihə qarşıdır. Çoxları bunu bilmir. Həqiqətən tanrıya qarşı olduğunu bilmirlər” - deyə, maska əleyhdarı bildirib.

Digərləri ictimai sağlamlığın qorunmasında şəxsi məsuliyyətə çağırırlar.

“Məncə, bu eqoistlikdir. Əslində bu qaydalar bu period üçün zəruridir. Əks təqdirdə, virus asanlıqla yayıla bilər. Bəlkə gənclər üçün o qədər də dəhşətli və ya təhlükəli deyil, amma bilmədən digər insanlara təsir edə bilərik" - deyə, Nada bildirib.

Ştutqartdakı izdihamda yerli əhalinin sayı təxminən iki min nəfər, Cənubi Dakotada isə yerli rəsmilər, təxminən yarım milyon iştirakçı cəlb edən 10 günlük Stargis Motosiklet Rallisinə təxminən 100.000 ziyarətçi gələcəyini gözləyir.

XS
SM
MD
LG