Amerikalılar prezidenti seçmək üçün noyabrın 3-də seçki məntəqələrinə gedəcəkl. Respublikaçı prezident Donald Tramp və onun ehtimal olunan demokrat rəqibi Co Bayden qütbləşmiş elektoratla üz-üzədir.
Tərəfdarlarının dediyinə görə, o, siyasi bataqlığı qurudur, ölkəsinin sərhədlərini qoruyur və unudulmuş amerikalıların xəyallarını təzələyir.
“Yəqin ki, namizədlər arasında bu qədər fərq heç vaxt olmayıb. Qanun və qayda istəyirik. Onlar isə qanun və nizam istəmirlər. Layiq olan insanların məhkəmə yolu ilə keçə biləcəyi güclü sərhədlər istəyirik" , Tramp deyib.
Trampla bağlı daha bir mövqe - Onun demokratik rəqibi deyir ki, Tramp işə yaramır.
"O, dünyada və daxildəki liderliyində təhlükəli dərəcədə səriştəsiz və bacarıqsızdır"- deyə prezidentliyə demokrat namizəd Co Bayden bildirib.
Daşınmaz əmlak maqnatı və keçmiş reality televiziya ulduzu Tramp 2015-ci ildə prezidentliyə namizədliyini irəli sürdüyü zaman skeptizmlə qarşılanmışdı. Onun demokrat rəqibi və keçmiş dövlət katibi Hillari Klintonu milyonlarla amerikalı ilə əlaqə quraraq məğlub etməsi çoxlarını təəccübləndirmişdi.
“Onlar qeyri-proporsiolan şəkildə onlar mavi yaxalı fəhlələrdir. Onların kollec təhsili olmasa da, Tramp-sadiqdirlər" , Virciniya Universitetindən Larri Sabato deyib.
Tramp ABŞ-ın Ukraynaya ticarət yardımı müqabilində siyasi yardım almağa çalışdığı iddiaları ilə üzləşib. Nümayəndələr Palatası Trampa qarşı səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamları irəli sürüb. Bunu ifritə ovu adlandıran Tramp respublikaçıların nəzarətində olan Senat tərəfindən bəraət aldıqdan sonra bunun sübuta yetirilməsini tələb etmişdi.
Daha sonra başqa bir problem.
"Bu axşam mən sizinlə ölkəmizin koronavirusun yayılmasına misli görünməmiş cavabı barədə danışmaq istəyirəm" - deyə Tramp bildirib.
Amerikada virusa yoluxma və ölüm hallarının sayı artdıqca rəy sorğularında Trampa dəstək azalmağa başlayıb.
Siyasi mübahisələrə əlavə olaraq, polis nəzarətinə alınarkən afro-amerikalı şəxsin ölümü və bəzi şəhərlərdə milli etirazlara Trampın federal qoşunlardan istifadə etməsi də daxildir.
"Düşünürəm ki, koronavirus uzunlimüddətli yaraların üstünün açılmasına səbəb oldu" - deyə, siyasi şərhçi Şerri Bebitç Ceffe bildirib.
Bir çox rəy sorğularında Bayden öndə getsə də,Trampın bazası prezidenti dəstəkləyir.
“Ümumiyyətlə, düşünürəm ki, respublikaçıların əksəriyyəti istədikləri siyasətə nail oldular. Onlar vergilərin azaldılmasını, Ali Məhkəmədə mühafizəkarların üstünlük təşkil etməsini və mühacirətin azaldılmasını istəyirdilər" , Virciniya Universitetindən Barbara Perri deyib.
Trampın üzləşdiyi çətinliklərə ABŞ iqtisadiyyatının rekord səviyyə geriləməsi də əlavə olunub.
İctimai səhiyyə rəsmilərinin kütləvi mitinqləri təşviq etməməsi ilə sosial mediada siyasi kampaniya həyəcanlarını yaratmaq çətinləşib.