Accessibility links

Keçmiş "Sovetski" sakinləri etiraz aksiyası keçirib


Keçmiş "Sovetski" sakinləri etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Avqust ayının 11-də Bakının keçmiş “Sovetski” ərazisinin sakinləri İsmayıl bəy Qutqaşınlı küçəsində toplaşaraq etiraz aksiyası keçiriblər. Etirazçıların əsas tələbi bir neçə il öncə sökülmüş evlərinə görə onlara hökümət tərəfindən təyin olunmuş kompensasiyaların verilməməsidir. Sakinlərin bildirdiyinə görə, hökümət onlara söz verib ki, sökülən evlərin hər bir kvadrat metrinə görə 500 azn ödəniləcək. Lakin bir neçə ay öncə onlara fərqli məbləğlər ödənilib. Kimisi 180, kimisi isə 200 azn ödəniş alıb. Xatırladaq ki, bugünkü aksiyada iştirak edənlər 2018-ci ilin dekabr ayında yaşadıqları ərazidən köçürülmüşdü. O vaxtı da onlar onlara ödənilən məbləğdən narazılıqlarını bildirmişdilər. Bunun qarşılığında hökümət onlara hər kvadrat metrə görə 500 AZN ödəməyə razılıq vermişdi. Məsələ ilə bağlı İcra hakimiyyəti və digər aidiyyatı qurumların mövqeyini öyrənməyə çalışsaq da, heç bir cavab ala bilmədik. Aksiya polis əməkdaşlarının müşaiəti ilə insidentsiz başa çatıb.

XS
SM
MD
LG