Accessibility links

Somali və Afrika İttifaqı qüvvələri strateji şəhərin nəzarətini Əl-Şəbabdan ələ keçirib


Somali hökümətinin qoşunları Afrika İttifaqının qüvvələrinin dəstəyi ilə Aşağı Şabel regionundakı strateji şəhərin nəzarətini Əl-Şəbab militant qrupundan ələ keçiriblər. Rəsmilərin verdiyi məlumata görə, nəticədə onlarla uşaq və sakin azad edilib.

Somalinin cənub-qərbində, paytaxt Moqadişudan 208 kilometr uzaqda yerləşən Kuntuvaarey şəhəri illər boyu əl-Şəbabın strateji istinadgahı olub.

“Somali Milli Ordusu Afrika İttifaqnın sülhməramlılarının dəstəyi ilə bu strateji şəhərin nəzarətini militantlardan alıb,” regionun daxili təhlükəsizlik naziri İsaq Əli Subaq bildirib.

Subaq deyib ki, Əl-Şəbab şəhərdən regionda Somali hökümətinin nəzarət etdiyi şəhərlərə qarşı hücumlar həyata keçirmək üçün baza kimi istifadə edib.

"Militantlar şəhərdən regionun başqa hissələrində həyata keçirdikləri hücumları təşkil etmək və günahsız insanlara qarşı vergi və başqa ədalətsiz cəzalar tətbiq edən məhkəmələr qurmaq üçün hərbi baza kimi istifadə ediblər," o bildirib.

Uşaqlar azad olunub

Somali ordu komandirlərinin dediyinə görə, şəhərin ələ keçirilməsindən sonra birgə qoşunlar evləri tək-tək gəzib, 33 uşağı militantlardan azad ediblər.

“Xilas edilən 33 uşaq şəhərdə Əl-Şəbabın idarə etdiyi mərkəzdə saxlanılırlar. Onlar bizə valideyinlərindən zorla alındıqlarını bildiriblər,” polkovnik İsmail Abdi Malin hökümətin hərbi radio stansiyasına söyləyib.

Əl-Şəbab keçmişdə də bir neçə şəhərin nəzarətini itiriblər, amma hələ də kəndlər və böyük şəhərlər, o cümlədən Moqadişuda böyük ərazilərə nəzarət edirlər. Qrup hədəfli qətllər və intiharçı hücumlar həyata keçirmək imkanlarına sahibdir.

Danab hücumu

Somalinin ABŞ-ın təlim keçdiyi Danab adlı elit qüvvələri Afrika İttifaq Missiyasının Uqanda qoşunları ilə birlikdə cümə günü şəhərə daxil olublar və Əl-Şəbabıb döyüşçlərinin müqaviməti ilə üzləşiblər. Onlar Əl-Şəbabın azı dörd yüksək səviyyəli militantını, o cümlədən qrupun maliyə koordinatoru və əməliyyat kommandirini öldürüblər. Bu barədə şənbə günü hökümətin hərbi radiosu xəbər verib.

“Hərbi əməliyyat nəticəsində ölənlər arasında militantların regiondakı maliyyə koordinatoru Mohamun Əhməd Qabub və şəhərdəki əmliyyat komandiri də olub”, radio xidmətində bildirilib.

Şahidlər adlarının anonim qalması şərtilə Amerikanın Səsinə deyiblər ki, onlar şəhərə Somali və Afrika İttifaqı qüvvələrini dəstəkləyən Afrikadan olmayan hərbi personalın daxil olduğunu görüblər.

XS
SM
MD
LG