Accessibility links

"Necə sən olmayan şeyi gəlib deyəsən ki, mən gördüm"


"Necə sən olmayan şeyi gəlib deyəsən ki, mən gördüm"
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Avqustun 19-da Nizami rayon məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Avqustun 19-da Nizami rayon məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bugünkü prosesdə şahid qismində Nizami rayon polis idarəsinin 24 saylı polis şöbəsinin əməliyyat müvəkkili Elxan Cəfərovun ifadəsi dinlənilib. Tofiq Yaqublunun qızı Nigar Həzinin sözlərinə görə şahid ibtidai istintaqa Yaqublunun “zərərçəkmişi” vintaçanla vurması barədə verdiyi ifadəni təsdiq etdiyini bildirib. Vəkil nə gördüyünü, Yaqublunun “zərərçəkmişi nə ilə vurduğunu” soruşduqda şahid cavab verə bilməyib. Yaqublunun əlində vintaçan olub-olmadığı barədə dəqiqləşdirici suala cavabda şahid deyib ki, söhbətin nədən getdiyini başa düşmür. Vəkillər mobil rabitə operatorundan hadisə zamanı hadisə bölgəsində şahidin əlində mobil telefon olub-olmadığı barədə məlumat tələb edilməsi barədə vəsatət qaldırıblar. Vəkillər həmçinin bu işi aparan müstəntiqin şahid qismində cəlb edilməsini istəyiblər. Amma vəsatət təmin edilməyib. Tofiq Yaqublu bu ilin martın 22-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin-in 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" avtomobili ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib."
XS
SM
MD
LG