Accessibility links

Ali Məhkəmənin Tərtər işi üzrə iclası təxirə salınıb


Ali Məhkəmənin Tərtər işi üzrə iclası təxirə salınıb
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Ali Məhkəmənin Tərtər işi üzrə iclası təxirə salınıb İclasın təxirə salınmasına səbəb olaraq bu gün məhkəmədə iştirak edən bütün iddiaçıların vəkil ilə təmin olunmalı olduqları göstərilib. Məhkumların valideynləri deyir ki, artıq 3-cü dəfədir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət maddəsi ilə ittiham olunanların məhkəməsi müxtəlif səbəblərlə təxirə salınır. Vəkil, həm də, məhkumlara verilən işgəncələrlə bağlı fikrini bildirib. O deyir ki, yuxarı instansiyalar bu məsələ ilə ciddi məşğul olmur. Məhkumların valideynləri bu məsələnin kimlərinsə marağında olduğunu iddia edir və Ali məhkəmənin növbəti sessiayada ədalətli qərar qəbul edəcəyinə ümid edir. Xatırladaq ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbçi və mülki şəxsin saxlanıldığını bildirib. Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 təqsirləndirilən şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.

XS
SM
MD
LG