Accessibility links

Nyu-York muzeyləri açılır


Nyu-York muzeyləri açılır
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Nyu-Yok muzeyləri 6 aylıq qapanmadan sonra nəhayət ki, yenidən açılmağa başlayıb. Metropoliten İncəsənət. MoMA və Vitni bəzi məhdudiyyətlərlə ziyarətçilərini salamlayan muzeylər arasındadır.

Metropoliten İncəsənət Muzeyinin açılışından iki saat əvvəl rəssam Stiven Qalizinski artıq muzeyin qarşısındadır. O, muzeyə ilk daxil olmaq arzusu ilə yaşayırdı.

“Baxacağım ilk əsər Janna D'ark, müqəddəs Janna D'ark olacaq. Bu, mənim metropolitendə ən sevdiyim əsərdir. Girib ətrafa baxacağam Çantamda rəsm albomu var. …”

Bu muzeyi adətən ildə 6 mioyon insan ziyarət edir.

Pandemiyadan öncə muzeyin ziyarətçilərinin 40 faizini turistlər təşkil edirdi. İndi isə növbəyə düzülənlərin çoxu şəhər sakinləridir.

“Pandemiya dövründə burada gəlib içərdəki heykəltəraflıq zalına baxardım. Muzey üçün o qədər darıxmışdım ki, indi açılışından çox məmnunam!”

“Mədəniyyət yox idi bütün filmlər evdə, hər şey evdə idi. Beləliklə, normalda olması lazım olan fərqli bir şey edə biləcəyim üçün çox həyəcanlıyam” - deyə, şəhər sakini Ceymi bildirib.

Muzeyin direktoru Maks Hollen pandemiyadan sonra ilk ziyarətçiləri salamlayır, onlarla şəkil çəkdirir.

Muzey bu il 150-ci ildönümü üçün böyük planlar hazırlayırdı. Lakin Hollen planların dəyişdiyini deyir.

“Hazırkı andan yubileyi qeyd etmək deyil, nyu-yorklulara daha çox xidmət göstərmək istəyirik. Biz şəhər əhalisinin sevdiyi və gözlədiyi mühtin normala qayıtmasının bir hissəsi olmaq istəyirik”.

Muzey matr ayının ortalarından bəri 150 milyon dollar itki verib. İşçilərin 20 faizi işdən azad edilib. Rəsmilər gəlirlər bərpa edildikdən sonra işçilərin geri qaytarılacağına ümid edir.

Ziyatəçilər əvvəlcədən yazılmalı, hərarətləri ölçülməli, maska taxmalıdırlar.

Muzey 150 illik tarixi və 250-dən çox ekspanatını nümayiş etdirir.

Bir çox Nyu-yorklu üçün muzeylərin açılışı normal həyata qayıdış deməkdir.

Yerli ərzaq satıcıları işlərinə dönməyə başlayıb. Belə ki, muzeysiz iş də yox idi.

“Biz hər şeyin birdən dayanacağını gözləmirdik. Nə dediyimi anlayırsınız. Bir neçə dəfə işə başlamağa çalıqsaq da ətrafda insan olmurdu. Bura iş yeridir. İş bağlıdırsa, uzun 5 ay və işsizliyin nə demək olduğunu bilirsiniz. …” - deyə, satıcı dan Rossi bildirib.

Yoko Ono tərəfindən hazırlan girişdəki qara və ağ pankartlar üzərinə “Birlikdə Xəyal” yazılıb ki, bu da sənətin gücünün təcəssümüsür.

XS
SM
MD
LG