Accessibility links

USS Missouri gəmisində imzalanan səkkiz qısa maddədən ibarət sənəd İkinci Dünya Müharibəsinə son qoydu


İkinci Dünya Müharibəsi dövrünə aid USS Missouri adlı döyüş gəmisinin son dəfə atəş açması ilə qeyri-adi bir mənzərə yaranmışdı.

Şahidlərin dediyinə görə, ilk öncə havanı elə qalın tüstü bürüdü ki, onu gecə qaranlığında yaxınlıqda yerləşən Britaniyanın HMS Gloucester adlı döyüş gəmisindən görmək mümkün idi. Daha sonra gəmidən Küveyt sahilindəki İraq hədəflərinə qarşı top atəş açıldı.

Tüstüdən öncə ildırım kimi şiddətli partlayış səsi yayıldı.

İvodzima və Okinava döyüşlərində iştirak edən Missouri gəmisinin uzun tarixi var. Lakin bir çox insan üçün gəmi ən çox 75 il öncə 1945-ci ildə Yaponiyanın Tokio körfəzində lövbərdə dayanmış 45 min tonluq gəmidə rəsmi olaraq təslim olması ilə bağlı sənədi imzaladığı yer olaraq tanınır.

Yaponiya üzərində qələbə günü Antihitler koalisiyasının bir çox üzvləri tərəfindən avqustun 15-də Yaponiya höküməti təslim olduğunu elan etdiyi gün qeyd olunurdu. ABŞ-da isə qələbə günü sentyabrın 2-də Yaponiyanın xarici işlər naziri Mamoru Şigemitsu və general Yoşiciro Umezu ABŞ prezidenti Harri Truman tərəfindən təsdiq olunan Yaponiya imperiyasının təslim olması ilə bağlı sənədi imzaladığı gün qeyd olunur.

Sənəddə Yaponiyanın şərtsiz kapitulyasiyasına dair səkkiz qısa maddə yer almışdı.

İkinci maddədə: “Biz Yaponiya İmperiyasının Baş Qərargahı, Yaponiya silahlı qüvvələrinin və harada olduqlarından asılı olmayaraq Yaponiyanın nəzarətində olan bütün silahlı qüvvələrin Antihitler koalisiyasına qeydsiz-şərtsiz təslim olduğunu elan edirik” yazılmışdı. Sənədi Antihitler koalisiyasının digər üzvləri ilə birlikdə ABŞ generalı Duqlas MakArtur da imzalamışdı.

Missouri və antihitler koalisiyasına məxsus digər göyüş gəmilərinin minlərlə gəmiçiləri dünya tarixinin bu mühüm anına şahid olmaq üçün turretdə toplaşmışdılar.

Leytenat Robert G. Makey Konqres Kitabxanasının Veteranların Tarixi Layihəsinə müsahibəsinə zamanı mərasimdən bir xatirəsini paylaşıb. Onun dediyinə görə, Yaponiya nümayədələri gəlmədən öncə sənədin imzalanması üçün müvafiq masanın seçilməsi ilə bağlı bir çaxnaşma yaşanmışdı.

“Britaniyalılar bizə bu masanı göndərib, amma bu kifayət qədər böyük deyil və mən bunun Britaniyanın masası üzərində olmasını istəmirəm,” Admiral Vilyam Halsinin köməkçisi Harold Stessen Makiyə söyləmişdi. O isə zabitlərin oyun masasından istifadə etməyi təklif etmişdi. Və nəticədə onlar zabitlərin kart oynadıqları zaman masaya sərdikləri yaşıl örtüyü sərdilər.

Mərasim iyirmi üç dəqiqə sonra bitdi.

Lakin Missouri gəmisində olan insanlar üçün xatirələr onillər boyu canlı olaraq qalır.

General MakArtur qısa imzalama mərasiminə qısa çıxışla başladı. “Biz və bütün bəşəriyyət ciddi olaraq ümid edir ki, bu təmtəraqlı hadisə nəticəsində keçmişdə axıdılan qan və qırğından daha yaxşı bir dünya əmələ gələcək, insan ləyaqətinə və ən əziz istəyi olan azadlıq, tolerantlıq və ədalətin təmin olunduğu bir dünya.”

O, Hiroşima və Naqasakidəki bomba hücumlarına istinad edərək, bu hücumların “ənəvi müharibə anlayışını” dəyişdiyini bildirdi.

MakArtur və Missouri beş il sonra yenidən başqa bir müharibədə iştirak etdilər.

Missouri Şimali Koreya 1950-ci ildə Cənubi Koreyaya daxil olandan sonra Koreya sularına gələn ilk Amerika döyüş gəmisi idi və İkinci Dünya Müharibəsindən bəri ilk dəfə atəş açmışdı. Məqsəd diqqəti Birləşmiş Millətlərin qüvvələrinin İnçeona enməsindən yayındırmaq idi.

Gəmi yenidən 1991-ci ildə Küveytdə bənzər hiylə üçün istefadə olunmuşdu. Belə ki, gəmi iraqlıları müttəfiq qüvvələrin Səudiyyə Ərəbistanından quru vasitəsilə hücum yerinə dənizdən hücum edəcəklərinə inandırmaq üçün bombardman kamanpaniyası aparırdı.

Missouri İkinci Dünya Müharibəsi, Koreya və İran Körfəzindəki müharibələrdəki xidmətlərinə görə ümumilikdə 11 döyüş medalı qazanıb.

Gəmi bir neçə dəfə dağılma təhlükəsi ilə üzləşib. 1942-ci ilin aprel ayında kamikaze Zero döyüş təyyarəsi Missourinin sağ bortunun kənarına çırpılmışdı. Missouri 1991-ci ildə də İraqın Silkworm raketi ilə hədəf alınmışdı. Bu təhlükənin qarşısı isə Britaniyanın HMS Gloucester gəmisindən atılan Sear Dart raketləri tərəfindən alınmışdı.

Missouri nəhayət 1992-ci ildin 21 martında istifadədən çıxarıldı və hazırda Havayda Pörl Harbor muzeyində yerləşir. Gəminin kənarında kamikaze hücumu nəticəsində yaranan dəliyi də görmək mümkündür.

XS
SM
MD
LG