Accessibility links

Pandemiya vaxtı ABŞ-da artan məişət zorakılığı


Pandemiya zamanı ABŞ-da artan məişət zorakılığı
please wait

No media source currently available

0:00 0:03:09 0:00

COVID-19 pandemiyası başlayandan bəri Amerikanın ən azı on dörd şəhərində məişət zorakılığı ilə bağlı xəbərlər kəskin artıb. Bunu yeni bir araşdırma təsdiqləyir. Pandemiya dövründə sui-istifadə riskinin necə artdığı, qurbanların və onlara kömək edən qrupların şiddəti dayandırmaq üçün nə etdikləri araşdırılıb.

“Hamı həmişə deyir ki, bəs niyə o adam sadəcə getmədi? Bilirsiniz, onlar hansısa bir şəkildə gizli olaraq bu davranışı "bəyənməlidirlər". Həqiqət odur ki, zorakılıq bir silk kimidir” - deyə, zərərçəkən bildirib.

Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən, məişət zorakılığından xilas olan bu şəxs deyir ki, "bu, bir gün partlayacaq bomba ilə yaşamaq kimi idi".

“Nəhayət bu həddə gəlib çatdım ki, evliliyi tərk etməliyəm. Bir il içində öləcəyimi düşünürdüm, çünki o məni öldürərdi, intihar edə bilərdim, ya da bu vəziyyətdə yaşamaq stresi o qədər şiddətlidir ki, xərçəng və ya buna bənzər bir xəstəliyə tutulardım” - deyə, zərərçəkən durumu izah edib.

Ancaq bu pandemiyadan əvvəl idi. Ofisdəki daimi iş yeri, dostları və qohumları ilə üz-üzə əlaqə qurma qabiliyyəti onun təhlükədən qurtulmasına kömək edib.

İndi COVID-19 dövrü məişət zorakılığına məruz qalanların azadlığa qovuşması hər zaman olduğundan daha çətindir.

“Biz qurbanları tabeçilik və nəzarətdə saxlamağa çalışmaq üçün COVID-dən bir vasitə kimi daha çox sui-istifadə edildiyini görürük. Beləliklə, onlar ya kiminsə evdən çıxmasına icazə verməyib onları təhdid edəcəklər ki, ‘getsəniz, COVID olacağınız üçün geri qayıda bilməyəcəksiniz’, ya da elə əvvəldən evdən çıxmalarına icazə verməyəcəklər” - deyə, Məişət Zorakılığına Qarşı Yəhudi Koalisiyasından Amanda Katz qeyd edib.

“Biz əvvəlki sayda insana xidmət göstəririk, amma vəziyyətlər daha təhlükəlidir. Boğulma hadisələri, odlu silah və digər silahlardan istifadə halları və buna bənzər hallarda artım qeyd etmişik” - deyə, Montqomeri mahalının Ailə Ədalət Mərkəzinin Direktoru Tomas Manion vurğulayıb.

Tədqiqatçılara əsasən, ən azı 14 şəhərdə məişət zorakılığı hallarında artım var.

“Biz 2020-ci il ərzində polisə edilən zəngləri və sonra 2019-cu ildəki zənglərlə müqayisə etdik. Mart, aprel və may aylarında artım təxminə 7,5 faiz olub. Əksər bölgələrdə, irqinə və gəlirlərə görə əksər qruplarda oxşar təsir ölçülərinin olduğunu gördük. Və yeni ailələr üçün böyük artımlara dair dəlillər tapdıq” - deyə, iqtisadçı Emili Lesli bildirib.

Prokurorları daha çox zərər çəkmiş şəxslərin, xüsusilə yetkinlik yaşına çatmayanların kömək istəməməsi narahat edir.

“Məktəbə gedə bilən və bəlkə də evlərində baş verənləri xəbər verə bilən uşaqlar indi məsafəli təhsil keçirlər. Beləliklə, məktəbdəki etibar ediləcək şəxslə danışmaq, evlərində nə baş verdiyini onlara bildirmək üçün fürsət yoxdur” - deyə, xüsusi zərərçəkənlər diviziyasının nümayəndəsi Debbi Feinşteynt qeyd edib.

Ancaq kömək hələ də mövcuddur.

Zərərçəkənlər qaynar xəttlərə zəng edə bilərlər. Rəsmilərdən müdafiə olunmaq üçün rəsmi qərar ala bilərlər. “Doorways” kimi qruplarda terapevtlər onlayn olaraq xidmət göstərir.

Xilas olan bu şəxs şəfa tapmağın mümkün olduğunu, ancaq zorakı davranış dövründən çıxmaq üçün cəsarət və səbr tələb olunduğunu deyir.

“Bu vəziyyətlər ruhən insanı məhv edə bilər. Sizi özünüzlə bağlı hər şeydən şübhələnməyə məcbur edə bilər. Buna görə də, deyəcəyim şey özünüzə qarşı yumşaq davranmaqdır. Üç ay əvvəl çıxıb gedəndən sonra indi buludların üzərində gəzmirsinizsə, sizinlə bağlı yanlış bir şeyin olduğunu düşünməyin. Bu, çox uzun çəkir. Hələ də bərpa mərhələsindəyəm, hamımız kimi…" - deyə, zərərçəkən deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG