"Femida" heykəli qarşısında aksiya
Sentyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı Bakının Binə qəsəbəsindəki “Femida” heykəli qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları əllərini və ağızlarını bağlayaraq, boyunlarından “Azad et”, “Azadlıq”, “Tofiq Yaqublu dərhal azad edilsin”, “İstefa” şüarlarını asıblar. Onlar bununla bütün siyasi məhbuslara, eləcə də, hazırda həbsdə olan Tofiq Yaqubluya azadlıq istəyiblər. Aksiyada çıxış edən fəallardan biri aksiyanın “Femida” parkında keçirilməsinin təsadüfi olmadığını bildirib. Aksiya insidentsiz keçib.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil