Accessibility links

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib


Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Sentyabrın 14-ü saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib. 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə həftəsonları metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq. Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskakardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır.

XS
SM
MD
LG