Accessibility links

ABŞ-da meşə yanğınları və könüllülər


ABŞ-da meşə yanğınları və könüllülər
please wait

No media source currently available

0:00 0:01:57 0:00

ABŞ-da Sakit okeanının Şimal-qərbində meşələr alovlanır və indiyə qədər ən azı 35 nəfər ölüb. Alimlər yanğınları ölçüsü və əhatəsi baxımından misilsiz adlandırır.milyonlarla hektar ərazini kül edən yanğınlarla mübarizəyə ordu da qoşulub.

ABŞ-ın Cənubi Kaliforniyadakı Pendleton düşərgəsindəki dənizçilər ölkənin şimal-qərbini ağuşuna alan ölümcül meşə yanğınlarına qarşı davam edən mübarizədə döyüşə hazırlaşırlar.

“Bu həftənin son bir neçə günündə dənizçilər müəyyənləşib, ölçülər götürülüb və onlara missiya üçün lazım olan bütün təhlükəsizlik avadanlığı verilib. Təlimin özü isə bu gün həqiqətən ciddi yanaşma ilə başlayıb və həqiqətən yollara çıxıb orada işə başlamazdan əvvəl növbəti bir neçə gün ərzində məşqlərə davam ediləcək" - deyə, ABŞ Dəniz Qüvvələrindən Melina Mesta qeyd edib.

Leytenant komandir Melina Mesta dəniz piyadalarının keçmişdə olduğu kimi bu gün də yanğınsöndürmə əməliyyatlarını dəstəkləməkdən şərəf duyduqlarını deyib. Baş Zabit Endryu Hayzinger tağımında təxminən 80 dəniz piyadasının olduğunu və onların hamısının könüllü qoşulduğunu qeyd edib.

“Bu missiya öz bağçamızdadır. Çox sayda dəniz piyadamız var, Pendleton düşərgəsi böyük bir bazadır və mənim komandamda olanların 50%-dən çoxu Kaliforniyadandır, buna görə çox hissəsi evlərinə dəyir, çünki, bilirsiniz, bura haradan olduqları, doğulduqları və böyüdükləri yerdir" - deyə, Endryu Hayzinger bildirib.

ABŞ Meşə Xidmətindən Frank Quzman peşəkar əsgərlərin taktiki təcrübəsini alqışlayır.

“Onlar kiçik bölmələrdə işləməyə öyrəşiblər. Uyğunlaşmağa və gördükləri işin öhdəsindən gəlməyə öyrəşiblər. Düşünürəm ki, bunlar əsas dəyərlərdən biridir və istiqamətləri dəyişdirə biləcəyimiz yanğınsöndürmə dünyasında vacib olacaq və bu, çox gözlənilməz bir təbii qüvvədir” - deyə, ABŞ Meşə Xidmətindən Frank Quzman bildirib.

Sakit okeanının şimal-qərbində bu mövsümdəki meşə yanğınlarında ən az 35 nəfərin öldüyü, milyonlarla hektar ərazinin məhv olduğu bildirilir. Alimlər alovların təxminən son on ilin ən ağır hadisəsi olduğunu deyir. Mütəxəssislər yanğının intensivliyini və tezliyini iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG