Accessibility links

İran Azərbaycanında ‘Ustad Şəhriyar’ adına ədəbi mükafat təsis edilib


İranın Şərqi Azərbaycan vilayətində böyük şair Məhəmməd Hüseyn Şəhriyarın (1906-1988) adına ədəbi mükafat təsis edilib.

Yarı-rəsmi İLNA agentliyinin xəbərinə görə, bu barədə Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin sədri Məhəmməd Məhəmmədpur açıqlama verib.

Məhəmmədpurun sözlərinə görə, Ustad Şəhriyar adına ədəbiyyat mükafatı “mədəniyyət, sənət, şeir və ədəbiyyatın böyük İrandakı yüksək yerini dünyaya göstərmək, söz mülkünün Şəhriyarı ustad Məhəmməd Hüseyn Behcət Təbrizinin adını yüksək tutmaq, fars şeiri və ədəbiyyatının milli gününü yüksək qiymətləndirmək, habelə yerli və məhəlli ədəbiyyata dəstək” məqsədilə təsis edilib.

İran Azərbaycanının böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfat etdiyi 18 sentyabr tarixi İran təqvimində milli fars şeiri və ədəbiyyatı günü olaraq qeyd edilir.

“Ustad Şəhriyar adına ədəbi mükafat hər il sentyabrın 18-də sənət və ədəbiyyatın müxtəlif sahələrində, fars və türk dillərində yaradılmış seçilmiş əsərlərin sahiblərinə təqdim ediləcək. Mükafatın təqdimat mərasimi Təbrizin Şairlər Məqrəbəsində keçiriləcək,” agentliyin xəbərində qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG