Accessibility links

Keçmiş "Sovetski" sakinləri etiraz aksiyası keçirməyə cəhd edib


Keçmiş "Sovetski" sakinləri etiraz aksiyası keçirməyə cəhd edib
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Sentyabrın 25-də Bakının "Sovetski" adlandırılan məhəlləsinin keçmiş sakinləri Yasamal Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Sakinlər artıq 3 ildir onlara kompensasiya verilməməsindən şikayət edir, icra hakimiyyəti başçısı ilə görüş tələb edib. Polis əməkdaşları etirazçıların bir nümayəndəsinə icra hakimiyyətinin binasına keçməyə icazə verib. Lakin bu, sakinlərin narazılığı ilə qarşılanıb. Buna baxmayaraq, digər nümayəndələrə binaya daxil olmağa imkan verilməyib. Polis əməkdaşları etiraza cəhd edənləri ərazidən uzaqlaşdırıb. Aksiya insidentsiz başa çatıb.

XS
SM
MD
LG