Accessibility links

Avropa Məhkəməsi Türkiyənin münaqişədəki rolu haqda "müvəqqəti tədbir" qərarı verib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın 4 oktyabr tarixində “Dağlıq Qarabağ ərazisində Türkiyə əleyhinə müvəqqəti tədbir görmək tələbini” qəbul edib.

AİHM-dən verilən açıqlamada Ermənistanın müraciətinin yeddi hakimdən ibarət bir Palata tərəfindən nəzərdən keçirildiyini bildirərək, Dağlıq Qarabağ ərazisində tərəflər arasında münaqişənin eskalasiyası səbəbilə Məhkəmə Qaydalarının “müvəqqəti tədbir” mexanizmini təmin edən 39-cu maddəsinin tətbiq edildiyi qeyd olunub.

Məhkəmə açıqlamasında “Türkiyə daxil olmaqla, münaqişəyə birbaşa və ya dolayı yolla cəlb olunan bütün dövlətləri Avropa İnsan Hüquqları Konvensiyasını pozulmasına gətirib çıxaran hərəkətlərdən yayınmağa və konvensiya qarşısındakı öhdəliklərinə hörmət göstərməyə çağırıb.”

Bundan əlavə qərarda bildirilib ki, məhkəmə “29 sentyabrda Azərbaycan və Ermənistanı mülki əhalinin Konvensiya hüquqlarını pozacaq, o cümlədən onların həyatlarını və sağlamlıqlarını riskə atacaq hər hansı tədbir, xüsusilə də hərbi hərəkatdan uzaq durmağa çağırıb.” Qərarda həmçinin məhkəmənin tərəfləri yaşamaq hüququnu təmin edən 2-ci maddə və işgəncə və ya qeyri-insani və alçaldıcı rəftar və cəzaları qadağan edən 3-cü maddə başda olmaqla, Avropa İnsan Haqları Konvensiyası altındakı öhdəliklərinə əməl etməyə çağırdığı vurğulanıb.

Müvəqqəti tədbir maddəsi

Avropa İnsan Hüquqları Məhkəməsi Qaydalarının 39-cu maddəsinə əsasən Avropa İnsan Hüquqları Konvensiyasına üzv hər hansı ölkə barədə müvəqqəti tədbir görülə bilər. Müvəqqəti tədbir qərarı yalnız aradan qaldırılması mümkün olmayan zərər riski qaçılmaz olduğu hallarda tətbiq oluna bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG