Accessibility links

Türkiyə dronları Dağlıq Qarabağ münaqişəsində


Türkiyənin pilotsuz təyyarələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməkdə böyük rol oynayır. Türkiyənin onları Suriyadan Liviyaya yerləşdirməsi ilə Ankaranın gücünü sərhədlərindən kənarda nümayiş etdirməsinin davamı hesab edilir. Lakin Türkiyənin dron sənayesi beynəlxalq müqavimətlə üzləşib.

Azərbaycan qüvvələri tərəfindən idarə olunan Türkiyə istehsalı pilotsuz təyyarələr Dağlıq Qarabağ regionunu Ermənistanın nəzarətindən geri almaq üçün apardıqları mübarizənin ön sıralarında yer alır.

Analitiklər bildirir ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyənin əsas dron oyunçusu kimi imkanlarını vurğulayır.

Və Türkiyəni döyüşlərdə dronlardan istifadə edən böyük güclər sırasına qoyur.

“Türkiyə bu cür inkişaf etmiş pilotsuz təyyarələrin dizaynını və istehsalını birləşdirmək üçün böyük bir təcrübəyə malikdir. Beləliklə, Çin ilə ABŞ arasında yer aldığını deyərdim” - deyə, hava müdafiəsi üzrə təhlilçi Arda Mevlutoğlu bildirib.

Ankara üsyançılara dəstək olaraq Suriyada, kürd üsyançılarına qarşı isə İraqda pilotsuz təyyarələrdən istifadə etdiyini təsdiqləyib.

Türkiyə istehsalı olan pilotsuz təyyarələr Liviya vətəndaş müharibəsində Ankara tərəfindən dəstəklənən Milli Razılıq Hökümətinə yardım edib.

Təhlilçilərin fikrincə, dronlar Ankaranın sərt güc diplomatiyasının ayrılmaz hissəsidir.

“Hərbi dronlar və elektron müharibə sistemləri Türkiyəyə xarici və təhlükəsizlik siyasətini həyata keçirməsinə yardım edərək, Türkiyənin öz texnoloji üstünlüynə etibar etməsinə imkan yaradıb” - deyə, İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen bildirib.

Lakin Türkiyənin Dağlıq Qarabağda mülki əhalinin ölümündə qismən rol oynayan pilotsuz təyyarələri beynəlxalq qınaqlara səbəb olub.

Kanadanın kritik komponentlərinin satışını dondurması Türkiyənin zəif tərəflərini ortaya qoydu.

“Hələ də mühərriklər istehsal edə bilmirik və mikrosxemlər hazırlayan zavodlarımızn olmaması da aşkardır. Buna görə də dronlar və istənilən digər təchizat üçün proqramlaşdırma avadanlığı Avropa və ya Çindən idxal edilməlidir”, Qlobal Mənbə Tərəfdaşları Mərkəzinin siyasi məsləhətçisi Atilla Yeşilada deyib.

Türkiyə bu yaxınlarda ən güclü dronunu təqdim edib.

Pilotsuz təyyarələr Türkiyənin özünü regional bir güc kimi nümayiş etdirməsində əsas vasitə olaraq qalır.

XS
SM
MD
LG