Accessibility links

"Gəncə işi" üzrə növbəti məhkəmə prosesi keçirirlib


"Gəncə işi" üzrə növbəti məhkəmə prosesi keçirirlib
please wait

No media source currently available

0:00 0:04:31 0:00

Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərin qohumlarının əksəriyyəti və media məhkəmə zalına buraxılmayıb. Məhkəmə baxışı oktyabrın 20-nə təyin edilib. Rəsmi məlumata görə Səfərov və daha 11 nəfər məhz icra hakimiyyəti başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur. "Gəncə işi"nə görə həbs edilənlərin valideynləri övladlarının günahsız həbs edildiklərini və saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını bildirir.

XS
SM
MD
LG