Accessibility links

Navalnı siyasi səhnəyə qayıdır


Navalnı siyasi səhnəyə qayıdır
please wait

No media source currently available

0:00 0:04:10 0:00

Navalnı siyasi səhnəyə qayıdır

Rusiyanın müxalifət lideri Aleksey Navalnının Sibirdə təşviqat apararkən ölümcül zəhərlənmə hücumuna məruz qalmasından iki ay keçir. Hazırda Almaniyada ölümdən qurtulan Navalnı siyasətdəki rolunun qeyri-müəyyən olduğu qədər inanılmaz olan Rusiyaya qayıtmaq niyyətində olduğunu söyləyib.

Aleksey Navalnı kameralar qarşısına qayıdıb ... ölümlə üzləşməsi barədə danışmaq üçün yaşadığını deyib.

“Ağrılı deyil, həyatınız sadəcə keçib gedir. Heç ağrılı deyildi, amma bu, 'öləcəyəm' deyə bir hiss idi.”

Həyatına qəsd onu Rusiyadakı kobud küçə siyasətindən başlayan karyerasında prezident Vladimir Putinə qarşı çıxan lider səsi etdi.

“Deyərdim ki, o, Rusiyada siyasi sahədə hakimiyyət uğrunda mübarizə aparmağa çalışan yeganə real siyasətçidir” - deyə, Karneqi Mərkəzinin Moskva şöbəsindən analitik Andrey Kolesnikov bildirib.

Navalni ilk dəfə dövlətin korrupsiyasına və israfçılığına qarşı çıxan bir siyasi bloger kimi on il əvvəl məşhurlaşmışdı.

Onun Putinin hakim “Vahid Rusiya” blokunu “fırıldaqçılar və quldurların partiyası” adlandıran kampaniyası Navalnıya ilk tərəfdarlarını qazandırmişdı.

2013-cü ildə Moskva meri uğrunda yarışlar Navalnının əsl siyasi bacarıqlara sahib olduğunu göstərdi.

Onun ikinci bir güclü namizəd kimi xüsusilə gənc rus seçicilərini qazanması Kremlin gözündən yayınmadı.

Korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi onun ciddi həbsə məhkum edilmədən başa çatsa da, Navalnının gələcək seçkilərdə iştirakını imkansız etdi. Məhkəmə geniş şəkildə siyasi sifariş kimi qiymətləndirildi.

Ancaq Navalnı daha çox onlayn olmaqla mübarizəsini davam etdirirdi.

Navalnının məsləhətçinin dediyinə görə, onun YouTube kanalına baxış milyonlarla artaraq ölkədə tərəfdarlar qazandırdı. Baxmayaraq ki, dövlət mediasında buna tam qadağa tətbiq edilmişdi.

“Dövlət mediası illərdir Alekey Navalnının fəaliyyətinə məhəl qoymur ... onu siyasətçi kimi qəbul etməkdən imtina edir və siyasi fəaliyyətinin qarşısını almağa çalışır. Bu illər ərzində dünyaya gerçəklikdən ayrı bir mənzərə göstərdilər. Reallıq isə Aleksey Navalnıdır ki, ölkədə əsas müxalifətçi olmasıdır” - deyə, Navalnının baş strateqi Leonid Volkov bildirib.

Hakimiyyətin ən yüksək səviyyələrində korrupsiya ilə bağlı araşdırmaları heç vaxt dayandırmayan Navalnı güclü düşmənlər də qazandı.

Bu da Navalnınin Sibirdə təyyarədə zəhərlənmə hücumundan yıxılması ilə nəticələndi.

Kreml hələ bunun cinayət olduğuna sübut görmədiyini deyir ... və bunun Navalnıya qarşı Qərb təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyini bildirir.

Navalnı Almaniya və digər beynəlxalq toksikoloqların sistemində hərbi dərəcəli Noviçoku aşkar etməsinin Kremlin və ya təhlükəsizlik xidmətinin birbaşa iştirakını sübut etdiyini deyir.

"Hadisə ilə bağlı versiyaım budur ki, bu, təhlükəsizlik və ya kəşfiyyat xidmətləri əməkdaşları tərəfindən Putinin əmri ilə həyata keçirilib."

Navalnı yaxın vaxtlarda Rusiyaya dönəcəyini vəd edərkən müşahidəçilər bu anı bir fürsət kimi qiymətləndirir: Keçmişdə ondan şübhələnən bəzi insanları qazanmaq şansı kimi.

"Müəyyən bir səfərbəredici təsir olacaq. Ona tərəddüd edən və ya onu qiymətləndirməyən bir çox insan nəhayət onun mübarizəsini sona qədər davam etdirməyə hazır olan həddindən artıq cəsarətli bir insan olduğunu başa düşəcək" , Exo radiosundan siyasi şərhçi Anton Orex deyib.

Siyasi fəaliyyətini yenidən başlatdıqda onun təhlükəsizliyi və dövlət tərəfindən ona nə qədər təzyiqlər ola biləcəyi ilə bağlı suallar qaçılmazdır.

"Bu, yeni bir Navalnıdır, deyək ki," sığorta şəbəkəsi ", çünki Qərb onun problemlərinə, davranışlarına, Rusiya daxilindəki problemlərinə daha çox diqqət yetirəcəkdir" - deyə, Karneqi Mərkəzinin Moskva şöbəsindən analitik Andrey Kolesnikov bildirib.

Bəziləri Navalnının hazırda Rusiyanın müxalifət liderindən daha yüksək olduğunu iddia edirlər. O, Putinin əsas rəqibidir ... gözləsə də:

Beynəlxalq səviyyədə tanınan bir siyasətçi hələ də öz ölkəsinin siyasi müstəvisinə buraxılmır.

XS
SM
MD
LG