Accessibility links

Riçard Kazlariç: Artıq məsələyə dondurulmuş münaqişə prizmasından baxılmayacaq


Riçard Kazlariç: Artıq məsələyə dondurulmuş münaqişə prizmasından baxılmayacaq
please wait

No media source currently available

0:00 0:08:00 0:00

ABŞ, Azərbaycan və Ermənistan hökumətlərinin oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq, tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibəsində Vaşinqtonda əldə olunan atəşkəs, vasitəçi tərəflərin Azərbaycan və Ermənistan üzərindəki təsir qüvvəsi və Dağlıq Qarabağ münaqişəsinin regiona təsirləri barədə danışıb.

Amerikanın Səsi: ​Səfir Kazlariç, bu yaxınlarda Vaşinqtonda elan olunan atəşkəs pozulub. Belə ki, tərəflər bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər. İndiyədək bir neçə dəfə atəşkəsi təmin etmək cəhdləri olub, amma onların heç birinə riayət olunmayıb. Siz atəşkəsin davamlı şəkildə təmin olunmasının çətinlikləri ilə bağlı nə deyə bilərsiniz?

Riçard Kazlariç: Mən ilk öncə Azərbaycan və Ermənistan xalqına, bu faciəvi müharibədə ailə üzvlərini, dostlarını itirən hər kəsə dərin başsağlığımı çatdırıram. Bu, regionda və regiondan uzaqda olan hər kəsi narahat etməlidir.

Döyüşləri dayandırmaq məsələsinə gəldikdə, düşünürəm ki, bu, çox vacib amildir.

Mən bilirəm ki, xarici işlər nazirləri Vaşinqtona gəlməmişdən öncə Moskvaya getmişdilər. Məndə daxili məlumatlar yoxdur, amma onlara Moskvada buradan fərqli bir mesaj verildiyini eşitsəm, təəccüblənmərəm.

Döyüşlər davam etdiyi təqdirdə gələcək barədə düşünmək çətindir. İndi də yeganə məqsəd atəşkəsin yolunu tapmaq olmalıdır.

Mən daimi atəşkəs barədə danışıram, münaqişəni dondurmaq və ya bənzər bir şey deyil. Amma hər iki tərəfdə artilleriya və raketlər atılmağa davam etdiyi təqdirdə başqa şey haqda danışmaq mümkün deyil. Hazırda ən kritik olan şey atəşkəsi əldə etməkdir. Düşünürəm ki, son 48 saatda baş verənlər göstərir ki, əgər tərəflər özləri, yəni Yerevan və Bakıdakı rəhbərlik atəşkəsi təmin etməyə hazır deyillərsə, xarici qüvvələr baş verənləri dəhşət içində izləməkdən başqa heç nə edə bilməz. Yəni tərəflərin 24 və ya 48 saatlıq deyil, davamlı atəşkəs əldə etməyə razılaşdırmayanadək, həqiqi sülhün təmin olunması üçün lazım olan addlmlar barədə danışmaq mümkün deyil.

Mən indi baş verənlərlə, real insanların başlarına gələnlərlə bağlı hisslərimi ifadə edə bilmirəm. Bu, video oyunu deyil. Bu, kiminsə kompyuterində baş vermir. Bu, lüzumsuz müharibə nəticəsində ölən və əziyyət çəkən real insanlardır.

Amerikanın Səsi: Müharibənin gətirdiyi yerdəki dəyişiklikləri nəzərə aldıqda sülh danışıqlarının və ümumilikdə regionun gələcəyinin necə görürsünüz?

Riçard Kazlariç: Bilirsiniz, mənim bu müharibə ilə bağlı düşüncələrim dəyişir. Açığını desəm, məncə bu, insanların xoşuna gəlmir. Amma mən bu müharibənin artıq Qarabağla bağlı olduğunu düşünmürəm. Bu, etnik müharibəyə çevrilib. Bu, Azərbaycan xalqı ilə Ermənistan xalqı arasında onların bir-biriləri ilə bağlı düşüncələri üzərində bir müharibəyə çevrilib. Və mən daimi atəşkəs olsa belə artıq bundan sonra necə geri çəkilmək olar, Qarabaq məsələsinin həllli, işğal olunan ərazilərdən geri çəkilmək, bəlkə də Dağlıq Qarabağın muxtairyyət dərəcəsinə dair birbaşa danışıqlarla bağlı 30 il bundan öncəki ritorikaya necə geri dönmək olar, onu bilmirəm. Bunlar artıq geridə qaldı, artıq tarixə çevrildi. İndi art;q müəyyən etmək lazımdır ki, Azərbaycanla Ermənistan və xalq olaraq, fərdlər olaraq azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdə hansı fundamental dəyişikliklər olmalıdır ki, sülh mümkün olsun. Bunu etmək isə çətindir.

Son zamanlarda mənim hörmət etdiyim və hətta daha öncə barələrində eşitmədiyim insanlar tərəfindən məqalələr dərc olunub. Mən izləyicilərə Tom de Vaalın oktyabrın 26-da Foreing Policy jurnalında dərc olunan “Ermənistan və Azərbaycan üçün qarşıda kompromis görünmür” adlı yazısını oxumağı tövsiyə edərdim. Düşünürəm ki, onun mükəmməl təhlilinin bu başlığı vəziyyəti izah edir, çünki biz artıq keçmişdə olduğu kimi kompromislə bağlı danışmaq mərəhləsini geridə qoymuşuq. Açığını desəm, bununla bağlı təkcə AP-də bir xəbər oxumuşam, amma orda deyilirdi ki, Prezident Əliyev dünən yenidən Minsk Qrupunu 28 il boyunca heç bir nəticə əldə etməməmkdə və yalnızca vədlər etməkdə və bürokratik proseslər yürütməkdə ittiham edib. Amma təəssüf ki, bu, doğru deyil.

Əgər insanlar liderlərdən birinin ağzından çıxan bu sözlərlə Minsk Qrupunun gəlib keçmişdə gördüyü işləri davam edəcəyini gözləyirlərsə, mən bunu belə görmürəm.

Ona görə də mən bir baxımdan düşünürəm ki, daimi atəşkəs əldə olunmadan, öldürmələrə son qoymadan bunu müzakirə etmək az qala tezdir. Bunlar olandan sonra gələcəkdəki danışıqların əsası barədə danışmaq olar. Amma artıq məsələyə dondurulmuş münaqişə və “gələcəyə qayıdış” prizmasından baxılmayacaq. Yeni yanaşma fundamental şəkildə fərqli və davamlı olmalıdır.

Amerikanın Səsi: Sizcə vasitəçi qüvvələr müharibə edən tərəflər üzərində nə dərəcədə təsir gücünə malikdirlər?

Riçard Kazlariç: Zənnimcə, Minsk Qrupunun həmsədrlərindən hər biri müxtəlif təsir gücünə malikdir.

Bu da hər zaman bu quruluşun üstünlüyü olub. Rusiya qonşudur və onlar arasında tarixi münasibət var. Bu arada mən təkcə həmsədrlər barədə danışıram, çünki Türkiyə də iştirakçı üzv olaraq Minsk Qrupunun bir hissəsdir. Fransa gördüyü işlərlə Avropanın mühüm görüşlərini əks etdirir və Birləşmiş Ştatlar da var ki, bildiyiniz kimi, ABŞ tarixən regiona sülh gətirmək və Cənubi Qafqazdakı bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü qorumaq üçün aktiv rol oynayıb.Ona görə də hər bir həmsədr müəyyən təsir gücünə malikdir. Amma bu güclər bir araya gətirilməlidir. Biz hər bir həmsədr ölkənin ayrı-ayrılıqda nə isə etdiyini görürük. Moskva xarici işlər nazirləri ilə görüşür. Vaşinqton xarici işlər nazirləri ilə görüşür, Avropa Fransanın qismində müxətlif addımlar adır. Amma bu addımlar onlar arasında əməkdaşlığı əks etdirmir. Buna görə də kollektiv beynəlxalq addım olmalıdır.

İkinci təsir gücü məsələsi odur ki, tərəfləri tələfatları mümkün edən silahlarla təmin edən ölkələr daimi atəşkəs və diplomatik proses olmadan silah satışlarına embarqo tətbiq etməyə qərar verməlidirlər. Bu, çətin olacaq. Amma biz döyüşlərə son qoymaq üçün Yerevan və Bakı üzərində mövcud olan həqiqi və əhəmiyyətli təsir gücündən istifadə etməliyik.

Mən bilirəm ki, son günlərdə Türkiyə və Rusiya xarici işlər nazirləri görüşüblər. Mən həmni görüşdən hansı nəticəələrin çıxdığını bilmirəm. Amma bu, müsbət bir haldır ki, onlar bir-biriləri ilə danışıqlar aparırlar. Amma artıq elə bir vəziyyət yaranıb ki, biz məntiqli diplomatik danışıqlar aparmışıq, tərəfləri dinləmişik və atəşkəsin təmin olması üçün bir fürsət axtarmışıq, amma bu, baş verməyib.

Düşünürəm ki, biz insanların öldürülməsinə son qoyulmasını istəyiriksə, təəsüf ki, artıq daha məcburi diplomatiya ilə məşğul olmalıyıq, çünki əfsuslar olsun ki, normal diplomatiya lazımi nəticə vermir.

Amerikanın Səsi: Sizcə Dağlıq Qarabağ münaqişəsi münaqişə zonasından kənara geniş təsir edirmi? Bu münaqişənin daha geniş regiona və dünyaya hansı təsirləri ola bilər?

Riçard Kazlariç: Bilirsiniz, biz 2008-ci ildə Gürcüstanın Rusiya ilə müharibəsindən başlayaraq son illərdə Cənubi Qafqazdakı münaqişələrin yayılma riskinin olduğunu müşahidə etmişik.

Ona görə də bu məsələdə bütün tərəflərin iştirak etməsi çox mühümdür. Fikrimcə, ən çox diqqət yetirməli olduğumuz qonşulardan biri İrandır və onun baş verənlərə reaksiyasının nə olacağıdır. Məncə onlar keçmişdə məsələyə, belə desək, faydalı olmayacaq bir şəkildə cəlb olunmağı bacardıqlarını göstəriblər. Ümid edirəm ki, onlar bu münaqişəyə cəlb olunmayacaqlar. Amma bu, İranla ABŞ və Avropa ölkələri və bəzi qonşu ölkələrlə İran arasındakı gərginliklərin Azərbaycanla Ermənistan arasındakı döyüşlərə təsir edə biləcəyinin nümunəsidir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG