Accessibility links

Prezident debatlarında dəyişiklik - Səssizlik düyməsi


Prezident debatlarında dəyişiklik - Səssizlik düyməsi
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Son prezident debatına səssizlik düymənin əlavə edilməsi gələcək prezident debatlarına əlavə ediləcək bir neçə dəyişiklikdən ilkidir.


"Fasiləsiz" sözü 2020-ci ilin son prezident debatında mükəmməl şəkildə vurğulandı.

Prezident Donald Trampla keçmiş vitse-prezident Co Bayden arasındakı ilk debatda biri-birinin sözünü kəsməsinin təkrarlanması üçün səssiz düymə əlavə edildi.


Birinin danışdığı zaman digərinin səssiz qalması üçün düymə 1992-ci ildə bələdiyyə debatlarına əlavə etdikdən sonra prezident müzakirələrində ilk böyük dəyişiklik oldu.


Başqa nə etmək olar?


İdeyalardan biri tematik araşdırmadır.

“Real prezidentin üzləşə biləcəyi tipik bir situasiya yaratmaq olar. Demək istəyirəm ki, həqiqi bir ölkənin adını çəkmədən onların real vaxta reaksiya verməsini və bunun necə davam edəcəyini görə bilərsiniz" - deyə, North East Universitetindən jurnalistika üzrə professor Alan Şroyder bildirib.

“Çünki prezidentin ümumiyyətlə təcrid halında işləmədiyini bilirik. Beləliklə, onların qrup şəklində necə işlədiklərini və bunu necə etdiklərini görmək maraqlı olar” , professor əlavə edib.

"Sonra bu qərara necə gəldiyiniz və sonra bu qərarların keyfiyyəti barədə diskussiya keçirmək olar" , Vanderbilt Universitetindən Con Koş deyib.


Başqa bir fikir populyar bir podcastda sərbəst müzakirələrin keçirilməsidir.

"Co Roqanın podkastında Tramp və Bayden olsaydı nə olardı? Tamaşaçı yoxdur, yalnız üçü. Dörd saat. Roqan da danışsın və onların necə ayaqdaa durduqlarını görsünlər” , Virginia Universitetinin Miller Mərkəzindən Mari Keyt Kari deyib.

Suallara ilkin cavablar üçün səssiz düymədən istifadə olunmasına moderatorla yanaşı, hakimin də əlavə etdilməsinə dair argumentlər də var.


Prezident Debatları Komissiyası dörd il ərzində fərqli formatları nəzərdən keçirməlidir.


Bəs həqiqətən nə kimi dəyişikliklər ola bilər?


“Maneə həmişə iştirakçılar olub. Onların bir şey etməməsi onsuz da riskli bir vəziyyəti daha ağırlaşdırır" - deyə, Alan Şroyder qeyd edib.

“Namizədlərin heç bir telepromptoru, köməkçisi olmadığı halda əsl namizəd qazanmaq olar. Bunların hamısından əlavə qarşılıqlı əlaqələri daha təsirli etmək üçün hər şey edilməlidir. Ancaq bu, heç də namizədlərin bu oyuna qoşulacağı demək deyil" , Missuri Universitetinin siyasə əlaqələr üzrə professoru Mitçell Makinni deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG