"Gəncə işi" üzrə növbəti məhkəmə prosesi keçirilib
Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə prosesinə gələn media nümayəndələri məhkəmə zalına buraxılmayıb. Rəsmi məlumata görə, Səfərov və daha 11 nəfər məhz icra hakimiyyəti başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur. "Gəncə işi"nə görə həbs edilənlərin valideynləri övladlarının günahsız həbs edildiklərini və saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını bildirir.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?