Accessibility links

Okean sahillərində sonuncu gün


Okean sahillərində sonuncu gün
please wait

No media source currently available

0:00 0:06:08 0:00

Səfərimizin sonuncu dayanacağı Astoriya şəhəri və ətraf ərazilər oldu. Astoriyanı məşhur edən səbəblərdən biri Oreqon və Vaşinqton ştatlarını birləşdirən və ABŞ-ın ən diqqətəlayiq körpülərindən olan Astoriya-Meqler körpüsüdür. 1966-cı ildə inşa edilmiş bu polad körpü həm üstündən keçərkən, həm də uzaqdan görüntüsü ilə ecazkar bir mənzərə vəd edir. Şəhərin özünü gəzərkən isə kitab dükanlarına girməmək, yerli restoranda oturub ləziz dəniz məhsullarından dadıb, sərin pivə içməmək əldə deyil. US101 yolu üstündəki bir çox yer kimi Astoriya da mütləq ziyarət etməli olduğunuz şəhərlərdəndir. Bu şəhərlə də bir həftəyə yaxın davam edən okean səfərimiz sona çatır.

XS
SM
MD
LG