Accessibility links

Varşavada minlərlə insan məhkəmənin abortla bağlı qanununa etiraz məqsədilə aksiya keçirir


Cümə günü on minlərlə polşalı Varşavada küçələrə axışıb. Bu, əhalinin əksəriyyətinin katoliktlərin təşkil etdiyi ölkənin ən yüksək məhkəməsnin ötən həftə abortu tamamilə qadağan edən qərarına qarşı doqquz gün davam edən etirazlardan ən böyüyüdür.

Koronavirus pandemiyası zamanı beş nəfərdən artıq qrupların toplaşmasını qadağan edən qaydaları pozan nümayişçilər əllərində Polşada abort haqları etirazlarının simvolu olan qara çətirlərlə və üzərində “MƏn düşünürəm, mən hiss edirəm, mən qərar verirəm” və “Allah qadındır” şüarı yazılan plakatlarla Varşavanın mərkəzi küçələrində yürüş keçiriblər.

Bəziləri iğtişaş geyimind olan hərbi polis nümayişlər başladığı zaman küçələrə dolub.

Təşkilatçılar və Varşava şəhəri etirazda 100,000-ə yaxın insanın iştirak etdiyini bildirib. Bu, son illərin ən böyük etiraz aksiyasıdır və Konstitusiya Məhkəməsinin oktyabrın 22-də inkişaf qüsurları səbəbilə abortları qadağan edən qanundan sonraya təsadüf edib.

Son bir həftə boyunca ölkə boyu hər gün etirazlar keçirilib və bu etirazlardakı əsas qəzəb beş ildir hakimiyyətdə olan millətçi Hüquq və Ədalət (PiS) partiyası və hökumətin müttəfiqi olan Roma-Katolik kilsəsinə qarşı yönəlib.

Məhkəmə qərarının dəstəkləyən ultra-sağçı qruplar da cümə günü Varşavada kiçik askiyalar keçiriblər. Televiziyada yayımlanan görüntülərdə polisin bir qrupu etirazçılardan uzaq tutmaq üçün onlarla toqquşma yaşadığı göstərilib.

Polşada abort haqları hərəkatının lideri Marta Lempart fəallara hər hansı hücumla bağlı şikayət etməyə və aksiyada itirak etdirkləinə görə cəza və ya cərimə təhdidlərinə müqavimət göstərməyə çağırıb. “Biz etiraz etməklə və küçəyə çıxmaqlar yanlış heç nə etmirik,” o, mətbuat konfransında bildirib.

Qərar qüvvəyə minəndən sonra qadınlar yalnız təcavüz, insest və ya sağlamlıqlarına təhlükə olduğu hallarda hamiləliyə son qoya biləcəklər.

Prezident Andrzec Duda gərginliyi azaltmaq məqsədilə cümə günü həyata təhlükə törəfən inkişaf qüsurları olduğu halda hamiləliyə son qoymağı mümkün edən qanun layihəsini yenidən irəli sürməyi təkif edib.

Baş nazir Mateus Moravieki qanunvericilərin bu qanun layihəsi üzərində tez bir səsvermə keçirəcəklərini vəd etsə də, bu, nümayişçiləri qane etməyib.

“Bu, PiS üçün vəziyyəti yumşaltmaq cəhdidir, amma ağlı başında olan heç kəs buna inanmamalıdır” – fəal və solçu qanunverici Coanna Şeurinq-Vielqus Reuters-ə bildirib.

Hökumət nümayişçilər sərt pandemiya qaydalarını pozaraq yaşlıların həyatlarını riskə atmaqda günahlandırıb. Polşada cümə günü COVID-19-a 21,000-dən çox yoluxma halı qeydə alınıb.

Rəsmilərin bildirdiyinə görə, beş qadın cümə axşamı Polis şəhərində 850 nəfərin iştirak etdiyi qanunsuz etirazı təşkil etməkdə ittiham olunub.

Roma-Katolik kilsəsi aborta qarşı olduğunu bildirsə də, hökümət və ya məhkəməyə məhdudiyyətləri artırması üçün təzyiq göstərmədiyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG