Accessibility links

ABŞ seçkilərinin nəticələrinə Respublikaçıların reaksiyaları


ABŞ-da prezident seçkilərinin nəticələrinə Respublikaçıların reaksiyaları
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Respublikaçılar Partiyasının əsas liderlərinin Baydenin prezident seçkilərindəki zəfərini ləğv etmək üçün prezident Donald Trampın qanuni mübarizəsində həmrəy olmasına baxmayaraq, yeni seçilmiş prezident Co Bayden Trampın hökümətin rəsmi təhvil prosesinə başlamaqdan imtina etməsini rədd edib.

"Səni və Kamala Harrisi bu seçki münasibətilə həqiqətən təbrik etmək istədim" - deyə, Fransa Prezidenti Emannuel Makron bildirib.

"Yeni seçilmiş prezident Bayden və Kamala Harrisi təbrik edirəm" - deyə, Britaniyanın Baş naziri Boris Consun təbriklərini çatdırıb.

Britaniya Baş naziri Boris Conson və Fransa Prezidenti Emannuel Makron da daxil olmaqla, dünya liderləri Co Baydeni proqnozlaşdırılan qələbə münasibətilə təbrik etdilər.

Ancaq ölkə daxilində hekayə fərqlidir.

"İkinci Tramp administrasiyasına rahat bir keçid olacaq" - deyə, ABŞ Dövlət Katibi Mayk Pompeo qeyd edib.

Birləşmiş Ştatların baş diplomatı Mayk Pompeo prezident Donald Trampın Demokratların seçkiləri oğurladığı iddialarına dair bu günə qədər əsassız iddialarını irəli sürmək üçün istifadə etdiyi bir müddət yalnız “qanuni” səsləri saymaq çağırışını təkrarlayaraq seçki nəticəsini qəbul etməyi rədd edib.

"Prezident və ya Dövlət Katibi Pompeo tərəfindən edilən iddialardan heç birinin sübutu yoxdur" - ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden bildirib.

Bayden Trampın etiraf etməməsini "utandırıcı" adlandırsa da, ümumilikdə inkar edib.

"Bu vəziyyətdə onların qələbəmizi etiraf etmək istəməməsi bu gündən 20 yanvaradək edə biləcəklərimizi planlamamıza mane olmur" - deyə, ABŞ-ın seçilmiş prezidenti Co Bayden bildirib.

Yalnız bir neçə Respublikaçı senator Baydeni və namizədliyini irəli sürən Kamala Harrisi təbrik edib. Son Respublikaçı Prezident Corc V. Buş kimi.

Ancaq partiya liderləri Trampın tərəfindədirlər

"Prezident Trampın qanun pozuntularına dair iddialar qaldırmağa 100%-lik qanuni hüququ var" - Senatın Respublikaçı çoxluq lideri Mitç Makkonel

Respublikaçı strateq Rob Stutzman bildirib ki, əksər respublikaçılar Baydenin növbəti prezident olacağını, lakin Trampa qarşı çıxmaq istəmədiklərini xüsusi olaraq etiraf edirlər.

“Siyasi hesablama budur ki, yalnız bir tvitlə Respublikaçılar Partiyasının təxminən yarısının qəzəbini sizə çevirə bilən Donald Trampla qarşı-qarşıya gəlmək istəmirsiniz. Heç kim bu baş ağrısını istəmir” - deyə, o qeyd edib.

20 Yanvarda andiçmə mərasimi üçün hazırlıq artıq başlayıb, lakin rəsmi təhvil prosesi Tramp tərəfindən təyin olunmuş Federal Ümumi Xidmətlər İdarəsinin administratoru elan etməyincə başlamayacaq. Hələ ki, bu,h baş verməyib.

Getməkdə olan administrasiya ilə əməkdaşlığın olmaması sabiq vitse-prezident Baydenin onilliklər boyu topladığı siyasi təcrübəsi ilə yoluna qoyulacaq.

"O, Ağ Evi və icraçıların bürokratiyasını və onun necə fəaliyyət göstərdiyini çox yaxşı bilir. Ona görə də o, tamamilə təcrübəli Vaşinqton işçilərinin əlində olacaq təhvil komandasını yaratmış olacaq" - deyə, Virginiya Universitetindən Barbara Perri vurğulayıb.

Çərşənbə axşamı Baydenin komandası hakimiyyətin problemsiz bir şəkildə ötürülməsini təmin etmək üçün hər bir dövlət qurumunu nəzərdən keçirəcək insanların adlarını açıqlayıb.

XS
SM
MD
LG