Accessibility links

Pakistan ərazisində baş verən terror hücumları ilə Hindistanın əlaqəsi olduğunu göstərən "inkaredilməz dəlillər"in olduğunu bildirir


Pakistan rəqib Hinidistanı Əfqanıstanda qlobal miqysada qadağan olunmuş bir neçə militant qrupların Pakistan ərazisində ölkədə sabitliyi pozmaq məqsədilə terror təşkil etmələri üçün onlarla təlim düşərgəsini idarə etməkdə ittiham edib.

Xarici İşlər naziri Şah Mahmud Qureşi və ordu sözçüsü general mayor Babar İftixar şənbə günü keçirilən birgə mətbuat konfransında Hindistanı son zamanlarda Paksitan boyu baş verən demək olar bütün terror hücumları ilə əlaqəsi olduğunu göstərən “inkaredilməz dəlillər” irəli sürüblər.

Babar ilk dəfə olaraq Hindistanın irəli sürən sənədləri, milyonlarla dollar məbləğində bank tranzaksiyalarını, səs yazılıarını və kəşfiyyat əməliyyatçıları və diplomatlarının Əfqanıstanda fəaliyyət göstərən qaçaq pakistanlı militantlar arasında əlaqənin detallarını təqdim edib.

“Uydurulmayan sübutlar Pakistanın sərhədi boyunca fəlaiyyət göstərən Hindistanın səfirlikləri və konsulluqlaının Pakistana qarşı terrorun dəstəyinin mərkəzinə çevrildiyini göstərir," general deyib.

“Bizdə Hindistan tərəfindən maliyyələşdirilən terrorçuların olduğuna dair təsdiqlənəbilən dəlillər var. Hindistanın Əfqnsıtandakı sfirləri mütəmadi olaraq müxtəlif terror fəaliyyətlərinə nəzarət edib," Babar əlavə edib.

Nə Hindistan nə də Əfqanıtan höküməti Pakistanın ittihamlarına dərhal cavab verib. Lakin həm Yeni Dehli həm də Kabil daha öncə də İslamabadın bənzər ittihamlarını rədd ediblər.

"Pakistanın təqdim etdiyi dəlillər Hindistanın müxtəlif terror təşkilatlarına maddi və material dəstəyinə dair konkret sübut irəli sürür. Bu təşkilatlara BMT tərəfindən terror təşkilatı olaraq müəyyən edilən Cemaat-ül-Əhrar, Bəlucistan Qurtuluş Ordusu və Təhri-i-Taliban Pakistan daxildir," Qureşi deyib.

Qureşinin adını çəkdiyi təşkilatların Pakistanda illər boyu davamlı olaraq aparılan terror əleyhinə mübarizə əməlyyatları nəticəsində Əfqanıstana sığındıqları güman edilir. ABŞ-ın qonşu ölkədə militantların sığınacaqlarına qarşı dron hüumları nəticəsində də bu qrupların qaçaq liderləri öldürülüb. .

Xarici işlər naziri onun hökümətinin sənədləri Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Ştatlar, Çin, Rusiya, Britaniya və Fransa daxil olmaqla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə təqdim edəcəyini deyib.

XS
SM
MD
LG