Accessibility links

Sosial media rəhbərlərinin ABŞ Senat komitəsindəki növbəti dinləmələri


Sosial media rəhbərlərinin ABŞ Senat komitəsindəki növbəti dinləmələri
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Senzura ittihamları ilə üzləşən “Tvitter” və “Facebook” rəhbərləri son ABŞ seçkiləri zamanı görülən tədbirləri müdafiə etmək üçün çərşənbə axşamı ABŞ qanunvericilərinin önünə çıxıb.

“Tvitter” və “Facebook” şirkətlərinin rəhbərləri virtual olaraq Kapitolidə dinləmələrə qatılaraq üç həftə ərzində ikinci dəfə ABŞ Senatı komitəsində ifadə veriblər.

“Facebook”dan Mark Zukerberq və “Tvitter”dən Cek Dorsi üçün ünvanlanan tənqidlərin çoxu yeni deyildi, lakin bu dəfəkilər ABŞ-dakı son seçkilərdən sonra ortaya çıxıb.

"Hökumətlərin gücünə sahib olan, ənənəvi media qurumlarından daha çox gücə sahib şirkətləriniz var, bu, necəsə tənzimlənməlidir" - deyə, Respublikaçı senat üzvü Lindsi Qraham bildirib.

Sosial media saytlarında yalnış məlumatların, nifrət nitqinin və digər məsələlərin qaydaları hər iki partiyanın millət vəkilləri tərəfindən uzun müddətdir sualllar qaldırılır. Respublikaçılar saytları senzurada günahlandırırlar.

"Hökumətə media orqanlarının yazdıqlarını və ya yazmadıqlarını tənzimləməsinə əsla icazə verməməyimizə baxmayaraq, əslində indi de fakto ictimai forum olan özəl şirkətlərin bu nitqi tənzimləməsinə icazə veririk" - deyə, Respublikaçı Con Kornin qeyd edib.

Demokratlar deyirlər ki, bu şirkətlərdən yalanların yayılması üçün istifadə olunmamasından ötrü daha çox iş görməlidirlər.

"Dəhşətli inandırma və manipulyasiya vasitələri yaratmısınız. Gücünüzlə sonuncu Qızıl dövrün quldur baronlarını çox üstələyirsiz" - deyə, Demokrat Riçard Blumental bildirib.

Şirkətlər islahatlara ehtiyac olduğunu etiraf etdilər.

"İnanıram ki, məzmun, seçkilər, məxfilik və məlumatların daşınması ilə bağlı internet qaydalarını yeniləməyimiz xeyli gecikib" - deyə, Mark Zukerberq bildirib.

“Tvitter”dən Dorsi istifadəçilərin gördüklərini təyin edən təsir alqoritmlərinə toxunub.

“Bu alqoritmlərin məzmununuza necə tətbiq olunmasında daha çox seçim imkanımızın mövcudluğuna inanırıq. Onlardan ümumiyyətlə istifadə edirikmi?. Beləliklə, onları yandıra, yaxud söndürməklə onların proqnozlaşdırdıqları nəticələr ətrafında daha aydın təsəvvür əldə edə bilərik” - deyə, o fikirlərini bölüşüb.

Mütəxəssislər şirkətlərin dəyişməyə açıq olma görünüşünün yeni olduğunu söyləyirlər.

"Şirkətlər yeni bir tənzimləmə bazası hazırlamaqda Konqres üzvləri ilə güzəştə getmək üçün bir yol tapmağa çalışdıqlarını açıq şəkildə bildirirlər" - deyə, Nyu York Universitetindən Pol Barrett bildirib.

Mütəxəssislər deyirlər ki, çox güman ki, hər hansı bir yeni qanun texnologiya şirkətlərini məzmuna icazə vermək və ya bloklamaq üçün necə qərar verdiklərində daha şəffaf olmağa çağıracaq.

Sosial medianın fikirlərə təsir etmək və onları dəyişmək gücü olduğu müddətdə araşdırmalar da olacaq.

XS
SM
MD
LG