Accessibility links

Əsirlərlə davranış: Beynəlxalq hüquq nə deyir?


Əsirlərlə davranış: Beynəlxalq hüquq nə deyir?
please wait

No media source currently available

0:00 0:04:07 0:00

Müharibə cinayətləri anlayışının tarixi əsrlər əvvəl yaransa da, yalnız XIX əsrin ortalarında müharibə cinayətlərini təşkil edən və fiziki şəxsin cinayət məsuliyyətinə səbəb olan əməllərin kodifikasiyası başlayıb. Müasir doktrinada belə razılıq mövcud olunub ki, beynəlxalq hüquqda müharibə cinayətləri artıq müəyyən edilmiş və fiziki şəxslərin cinayət təqibi tələb edilib Hərbi əsirlərlə davranışın tarixi müharibə tarixi qədər qədimdir. İbtidai dövrlərdə və orta əsrlərdə əsirlər əsir götürənin şəxsi mülkü sayılırdısa, XVII və XVIII əsrlərdə müharibə dövlətlər arasındakı münasibət olaraq qəbul edilərkən hərbi əsirlərin vəziyyəti haqqında daha müasir düşüncə inkişaf etməyə başladı. Bu yanaşmaya əsasən əsgərlər yalnız silahlı olduqları müddətdə düşmən idilər və əsir götürənlərin yalnız müharibə əsirləri üzərində hüquqları onları döyüşə qayıtmağının qarşısını almaq üçün idi. Bu düşüncə tərzi rəsmi olaraq hərbi əsir kimi təsnif edilənlərə daha insani rəftarla nəticələndi. 1864-cü ildə ilk Cenevrə Konvensiyasından, 1899, 1907 və 1914-cü illərdə Haaqa Konfranslarına qədər beynəlxalq müharibə qaydaları və məhkumlarla rəftar üçün universal standartlar hazırlandı. 1929-cu il Cenevrə Konvensiyası məhkumlara insani davranış göstərilməsini, əsir ölkələrin tutulan bütün məhbuslar haqqında məlumat verməli və bitərəf dövlətlərin nümayəndələrinin həbsxana düşərgələrini ziyarət etməsinə icazə vermələri şərtiydi. 1949-cu il Cenevrə Konvensiyası əsirlərin əsirlikdə qorunması üçün çox genişləndirilmiş və ətraflı davranış qaydaları müəyyən etdi. Məhkumlara qarşı insani və layiqli rəftar hüququ təmin olunmalı. Müharibə əsirləri, cinayətkarlar olaraq deyil, hadisələrin qurbanları kimi qəbul edilirlər. Hüquqşünas Emin Abbasov deyir ki, hərbi əsirlər müharibədə iştirak etdiyinə görə mühakimə edilə bilməz. Onların tutulması bir cəza növü deyil, yalnız münaqişədə daha çox iştirakın qarşısını almaq məqsədi daşıyır. Hüquqşünasın dediyinə görə, hərbi əməliyyatlar bitdikdən sonra təxirə salınmadan sərbəst buraxılmalı və öz ölkələrinə göndərilməlidir. Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan müharibə 44 gün davam edib. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, noyabrın 10-dan etibarən Qarabağda döyüşlər dayandırılıb və atəşkəs barədə razılığa gəlinib. Lakin nə Azərbaycan, nə də Ermənistan hərbi əsirlərin sayı ilə bağlı rəsmi məlumat yaymayıb.

XS
SM
MD
LG