Prokuror AXCP üzvünə 1 il 6 ay iş istəyib
Noyabrın 30-da Sabunçu rayon Məhkəməsində Qarabağ mitinqində iştirakına görə həbs olunan AXCP üzvü Məhəmməd İmanlının məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı məhkəmədən onun barəsində 1 il 6 ay müddətinə həbs cəzası istəyib. Prokuror deyib ki, M.İmanlıya CM-in 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Lakin Məhəmməd İmanlı və vəkili dövlət ittihamçısının dedikləri ilə razılaşmayıb. Məhəmməd İmanlının vəkili onun iyulun 16-da saxlandığını sübut etmək üçün onun ailə üzvlərinin və qonşularının əlavə şahid qismində dindirilməsi, polislərin ifadələrinin sübutlar siyahısından çıxarılması və s. vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb. Vəkil çıxışında M.İmanlı haqqında bəraət hökmü çıxarılmasını istəyib. Cəbhəçi gənc də son sözündə təqsirsiz olduğunu vurğulayıb. Yekun məhkəmə iclasi sabah, dekabrın 1-i saat 11-də olacaq. Məhəmməd İmanlı bu ilin iyulunda Bakıda keçirilən orduya dəstək yürüşündən sonra həbs olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Noyabrın 16-da yürüşlə əlaqədar həbsdə olan 15 nəfər AXCP üzvündən 12-si ev dustaqlığına buraxılıb.
Episodes
-
Sentyabr 20, 2024
Blinken Qəzzada atəşkəsi Qərb müttəfiqləri ilə müzakirə edib
-
Sentyabr 20, 2024
Ukraynalı qaçqınlara yardım yarmarkası
-
Sentyabr 20, 2024
Qubad İbadoğlu Saxarov mükafatına namizəd göstərilib
-
Sentyabr 20, 2024
ABŞ-nin tarixi mərkəzində Azərbaycan Evi
-
Sentyabr 19, 2024
"Ən ali orqan məhkəmədir, onun da sözünə baxan yoxdur"