Türkiyənin Aralıq Dənizinin sahilində yerləşən Antalya şəhərində şənbə günü 5.5 bal gücündə zəlzələ baş verib. Bu barədə Kandilli Rəsədxanası xəbər verib.
Rəsədxana zəlzələnin 93.3 kilometr dərinliyində baş verdiyini bildirib.
Türkiyə mətbuatı zəlzələnin Antalya və ətrav vilayətlərdə hiss edildiyi barədə xəbər verib. Hələ ki, heç bir tələfatın olmadığı və binalara ziyanın dəymədiyi bildirilir.