Accessibility links

Bakıda Yeni İl Bayramı ab-havası hiss olunmur


Bakıda Yeni İl Bayramı ab-havası hiss olunmur
please wait

No media source currently available

0:00 0:01:00 0:00

Bu il koronavirus pandemiyasına görə Bakıda Yeni İl Bayramı ab-havası hiss olunmur. Ölkə üzrə kütləvi tədbirlərin keçirilməsi, həmçinin kafe və restoranların yerində servis göstərməsi qadağandır. Ötən illər şəhərin müxtəlif yerlərində, eləcə də mərkəzində yarmarkalar, Yeni İl şənlikləri təşkil olunsa da, bu il belə kütləvi tədbirlər təşkil olunmayacaq. Şəhərin mərkəzində Novruz Bayramından qalma xeyiryyə yarmarkasının konstruksiyası mövcuddur. Bu il ölkə bu bayramı da karantin şəraitində qeyd etməli olmuşdu. Son 1 ayda Azərbaycanda koronavirusa yoluxma və ölüm halları artıb. Bu səbəbdən ölkədə yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. 14 dekabrdan 18 yanvaradək ölkədə SMS-icazə sistemi yenidən bərpa edilib.

XS
SM
MD
LG