Accessibility links

Trampın Yaxın Şərqdəki irsi və Baydenin gələcək diplomatik çətinlikləri


Trampın Yaxın Şərqdəki irsi və Baydenin gələcək diplomatik çətinlikləri
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Trampın Yaxın Şərqdəki irsi və Baydenin gələcək diplomatik çətinlikləri

ABŞ Prezidenti Donald Tramp səlahiyyət müddəti ərzində İsrail ilə ərəb ölkələri arasında diplomatik münasibətlərin normallaşmasına dair müqavilələr əldə edilməsinə nail olub. Lakin o, vəzifəsini nüvə aliminin öldürülməsindən sonra İranla yeni gərginliklər fonunda tərk edir. Trampın Yaxın Şərqdəki irsinə və yeni seçilmiş prezident Co Baydenin növbəti administrasiyasına diplomatik problemlərinə nəzər salaq.

Sentyabr ayında İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərini normallaşdırmasına dair imzalanan Avraham razılıqları Prezident Donald Trampın xarici siyasət müvəffəqiyyəti kimi qəbul edilir.

"Onilliklər boyu parçalanmalar və qarşıdurmadan sonra yeni bir Yaxın Şərq başlanğıcını qeyd edirik."

Razılıqlar fələstinlilər üçün dövlət yaradılmadan Ərəb-İsrail sülhünün əldə edilə bilməyəcəyi barədə on illərdir davam edən regional düşüncəni dəyişdirdi.

Sənədlər həm də İsrailin Trampın maksimum təzyiq kampaniyası altında zəifləyən İranla gərginlik yaşayan ərəb qonşuları ilə əlaqələrini yaxşılaşdırmasına yardım edib.

Yeni seçilmiş prezident Co Bayden fələstinlilərin acınacaqlı vəziyyətinə dair xəbərdarlıq edən və İsraili tanıyan daha çox ölkəni dəstəklədiyini deyib.

"İnanıram ki, İsrail həqiqi iki dövlətli bir həll yolu üzərində işləməyə hazır olacaq."

Bayden Trampın 2018-ci ildə çıxdığı sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə proqramını dayandırmasını nəzərdə tutan 2015-ci il nüvə müqaviləsinə qayıdacağına söz verib.

Lakin bu plan İranın nüvə aliminin öldürülməsi ilə çətinləşə bilər. Ağ Ev Tehranın İsraili günahlandırdığı hücumu qınamayıb.

“Baş verəcəklərdən şübhələndiyim budur ki, rejim Qasımm Süleymaninin öldürülməsindən sonra etdiyi kimi təmkin nümayiş etdirəcək. Bayden administrasiyasının onunla bir növ razılığa gələ biləcəyini gözləyəcək. Özlüyündə çox tikanlı bir proses ola bilər. Fakt budur ki, İran bu anda ABŞ ya da İsrail ilə, ya da başqaları ilə hərbi bir münaqişəyə gedə bilməz” - deyə, Yaxın Şərq İnstitutundan Aleks Vatanka bildirib.

Tramp xarici liderlərlə şəxsi əlaqələrinə əsaslanan ikitərəfli münasibətlərə üstünlük verirdisə, Baydenin müttəfiqləri cəlb etmək üçün daha çoxtərəfli bir yanaşma tətbiq etməsi gözlənilir.

Analitiklər ABŞ-ın bölgədəki siyasətində köklü bir dəyişiklik gözləmirlər.
Tramp kimi Bayden də yalnız Əl-Qaidə və İslam Dövləti terror qruplarına diqqət edərək, Yaxın Şərq və Əfqanıstandakı “əbədi müharibələrə”, habelə Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsinə dəstəyə son qoyacağına söz verib. Təhlilçilər isə hərbi mövcudluğun azaldılmasının mənfi nəticələri barədə xəbərdalıq edir.

“Hərbi mövcudluğun azaldılmasının Yaxın Şərqə təsiri ola bilər. İŞİD yenidən baş qaldıra bilər, düşmənlərimiz Yaxın Şərqdə nüfuzlarını artıra bilər. Bütün bunlar prezidentin ilk ilində həll etməli olacaq məsələlər ola bilər” - deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Nataşa Hall qeyd edib.

Lakin Baydenin ilk görəcəyi iş pandemiya ilə mübarizə və vaksinlərin çatdırılması olacaq.

XS
SM
MD
LG