Accessibility links

Cavid Qara: Nəcəfkənd-Qələnxur ərazisindəki ağacların kəsilməsi ölkənin ərazi bütovlüyünə qədər mənfi təsir edə bilər


Cavid Qara: Nəcəfkənd-Qələnxur ərazisindəki ağacların kəsilməsi ölkənin ərazi bütovlüyünə qədər mənfi təsir edə bilər
please wait

No media source currently available

0:00 0:05:46 0:00

Bir neçə həftə əvvəl ətraf mühitin mühafizəsi ilə məşğul olan "Ecofront" təşkilatının üzvləri Qusar rayonun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı məlumat yaymışdı. Həmin ərazi Samur çayı yatağında, Rusiya Federasiyası ilə sərhəddə yerləşir. Cavid Qara danışır ki, hadisə baş verən vaxt onlar komandaları ilə Qusar rayonunda olublar. Kənd camaatı aktivistlərə bu işdə yüksək rütbəli adamların adının keçdiyini və etdiklərinin mənasız olduğunu deyiblər. Ərazi sərhəd qoşunları tərəfində qorunduğu üçün, ekoaktivistlər meşəyə qeyri-leqal yolla getmək məcburiyyətində qalıb. Nəticədə rəsmi cərimələnsələr də, aktivistlər əsas məqsədlərinə çata bildiklərini hesab edir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları təqsirkar şəxslər müəyyən etdiyini bildirib. Xidmətin rəisi Hikmət Əlizadə mediaya bildirib ki, 4 nəfər Nəcəfkənd və Həzrə kənd sakinləri 2000 manat cərimə edilib. Bundan əlavə, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov tutduğu vəzifədən azad olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov həmin ərazidə əkin-bərpa işləri aparmaq məqsədilə kəsilmiş ağacların yerinə yenilərinin əkildiyini bildirib. Cavid Qara isə hesab edir ki, bu dəymiş ziyanı əvəzləmir, məsələyə aidiyyatı olan insanları araşdırmaq isə bu qədər uzun vaxt ala bilməz. Ekoaktivist Cavid Qara həm də deyir ki, həmin ərazidəki ağacların kəsilməsi ölkənin ərazi bütovlüyünə qədər mənfi təsirini göstər bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi saytında təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparıldığı deyilir.

XS
SM
MD
LG