Accessibility links

Spiker Pelosi Trampın vəzifədən kənarlaşdırılmasına çağırış planlarını müəyyənləşdirir


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nümayəndələr Palatasının bazar ertəsi prezident Donald Trampın kabinetini onun vəzifəsindən kənarlaşdırılması üçün 25-ci düzəlişi tətbiq etməsinə çağıran qətnamə təklif edəcəyini deyib.

Demokrat həmkarlarına yazdığı məktubda Pelosi vitse-prezident Mayk Pensin 24 saat ərzində cavab verməyəcəyi təqdirdə, Palatanın impiçment prosesinə başlayacağını qeyd edib.

“Konstitusiyamızı və demokratiyamızı qorumaq üçün təcili hərəkət edəcəyik, çünki bu prezident bunların hər ikisi üçün qaçılmaz təhlükə təşkil edir. Günlər keçdikcə, bu prezident tərəfindən demokratiyamıza davamlı zərbənin dəhşəti daha da güclənir və dərhal hərəkə etməyə ehtiyac var” - deyə, məktubda vurğulanır.

Bazar günü nə Trump, nə də Ağ Ev Pelosinin bu addımına cavab verməyib.

Yeni seçilmiş prezident Co Bayden hələ seçkilərin nəticələri ilə hələ də razılaşmayan, lakin yanvarın 20-də Vaşinqtonda “yeni administrasiyanın” olacağını qəbul edən prezidentə qarşı impiçment prosesinə müdaxilə etməmək kimi mövqeyi nümayiş etdirib.

"10 gün sonra irəli gedəcəyik və yenidən birlikdə quracağıq" deyə, Bayden Tvitterdə yazıb.

Nümayəndələr Palatasında ən azı 180 Demokratı impiçmenti dəstəkləyib, lakin bu say 435 üzvlü Palatada 218 səs çoxluğu üçün kifayət deyil və heç bir Respublikaçı buna dəstək verməyib.

Tramp və Ağ Ev mümkün impiçment mövzusunda susur. Ağ Ev Trampın diqqəti onun administrasiyasının ABŞ-ı Meksikadan ayıran sərhəddə divarın inşası ilə bağlı səylərinə yönəltmək üçün çərşənbə axşamı Texasa səfər etməyi planlaşdırıldığını bildirib.

Baydenin andiçmə mərasimini planlaşdıran komitənin rəhbəri, Missuri ştatından Respublikaçı senator Roy Blant CBS News kanalının “Face the Nation” proqramında müsahibədə Trampın impiçmenti və vəzifəsindən uzaqlaşdırılmasının “hazırkı vaxt və onun hakimiyyətdə son gününə qədər müddətdə baş verməyəcəyini” bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG