Accessibility links

Pompeo Amerikanın Səsindəki çıxışında Amerikanın müstəsnalığından bəhs edib


Pompeo Amerikanın Səsindəki çıxışında Amerikanın müstəsnalığından bəhs edib
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Dövlət katibi Mayk Pompo bazar ertəsi Amerikanın Səsinin baş qərargahını ziyarət edib və orada ABŞ yayımının əhəmiyyəti və dünyadakı Amerika müstəsnalığının hekayəsindən bəhs edib.

Dövlət katibi Mayk Pomepeo bazar ertəsi ilk dəfə olaraq Amerikanın Səsinin baş qərargahını ziyarət edib və ABŞ-ın baş diplomatı olaraq xaricə səfərləri zamanı səsləndirdiyi əsas mövzulara toxunub.

“Mən bacardığım qədər hər yerdə insanlara Amerikanın müstəsnalığından danışıram, çünki bu həqiqətdir. Amerika yaxşıdır və böyükdür – bizim əsasımızı həqiqətən dərk edən hər kəs bunu anlayır… Biz hər zaman daha mükəmməl ittifaq qurmağa çalışmışıq. Biz hər zaman bunu doğru etmirik. Biz keçmiş və bugünümüzlə əlaqədar həm qürur həm təvazökarlıq hissi keçirməliyik,” dövlət katibi Mayk Pompeo deyib.

Pompeo Prezident Donald Trampın tərəfdarlarının ABŞ Kapitolisinə zorla daxil olmasından bir neçə gün sonra çıxış edib. Amerika demokratiyasının simvolunda xaos görüntüləri dünya boyu böyük əks-səda yaradıb.

Pompeo keçən həftə zorakılıqları qınayıb, amma o zamandan bəri məsələ ilə bağlı heç bir şərh verməyib.

Bir ekspert Amerikanın Səsinə deyib ki, Pompeonun Amerikanın Səsinin binasının yaxınlığında baş verən çaxnaşma ilə bağlı heç nə deməməsi və ona bununla bağlı sualın verilməməsi onu təəcübləndirib.

“Dövlət katibi Pompeonun ötən həftə baş verən mühüm və fikrimcə hər kəsin ağlında olan hadisələrə toxunmaması heyranedicidir. Onun bu mövzuya toxunmaması, fəqət bunu nə üçün etdiyinə dair boşluqları doldurması da çox qəribədir” - deyə, German Marshall Fondundan Maykl Kimmac bildirib.

ABŞ hökuməti dünya boyu auditoriyalara onlarla xarici dildə xəbər çatdırmaları üçün Amerikanın Səsi və digər yayım qurumlarını maliyyələşdirir.

Pompeo Amerikanın Səsini Amerika müstəsnalığının səsi adlandırıb. O deyib ki, ABŞ-ın beynəxalq yayımı ABŞ ideallarının dünya boyu təbliğində əsas rol oynayır və avtoritar rejimlərə platforma verməməlidir.

“Çin, İran və Şimali Koreya kimi ölkələrin hökumətləri Amerikanın üzərində qurulduğu universal insan ləyaqətinə hörmət göstərmirlər. Bu rejimlər ölkəmizin təmsil etdiyi hər şeyə anafemadır. Biz bilirik ki, hökumət xalqa xidmət etmək üçün mövcuddur. Onlar isə inanır ki, xalq hökumətə xidmət etmək üçün mövcuddur. Amerikanın Səsinin gördüyü iş həyatidir. Siz azadlıq nizəsinin ucusunuz,” dövlət katibi Mayk Pompeo deyib.

Pompeonun ABŞ-ın baş diplomatı vəzifəsindəki müddətinin bu ay başa çatacağı gözlənilir. Prezident seçilmiş Co Bayden keçmiş dövlət katibinin müavini Antoni Blinkeni, ABŞ Senatı təsdiq etdiyi təqdirdə, növbəti dövlət katibi seçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG