Sığın meşələrinin cığırları
Gecələdiyimiz kampinq ərazisi parkın düz mərkəzində, nəhəng redvudların arasında yerləşdiyi üçün dörd bir tərəfimiz parkı kəşf etmək üçün cığırlarla əhatələnmişdi. Biz isə onların arasında bizə ən maraqlı gələn və meşənin dərinliyinə qədər uzanan Elk Preri Krik cığırından başladıq. Cığır boyu park və onun yaranması, ağaclar haqda tarixi və təbiət faktları haqda kiçik məlumat yazıları asılmışdı. Yerə düşmüş yaşlı redvud ağacları, cavan redvud ağaclarının qabıq və bitki örtüyü, onlarla heyvanların birgə yaşaması təbiətin nə qədər güclü, azad, ancaq bir-birindən asılı şəkildə var olduğuna dair ən bariz sübutlardan idi.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil