Accessibility links

Müharibədə həlak olanların yaxınları Milli Məclisin qarşısında etiraz aksiyası keçirib


Müharibədə həlak olanların yaxınları Milli Məclisin qarşısında etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:05:02 0:00

Yanvarın 19-da İkinci Qarabağ müharibəsində həlak olanların yaxınları Milli Məclisin qarşısında etiraz ediblər. Onlar yaxınlarının Qaradağ rayonu ərazisində yerləşən Şəhidlər xiyabanında deyil, ll Fəxri Xiyabanda dəfn olunması tələb edirlər.   Bakı şəhərinin Yasamal və Nəsimi rayonundan olan 17 nəfər Qaradağ rayonundakı yol kənarında olan məzarlıqda ailələrinin razılığı olmadan dəfn edilib. Bunu həlak olanların yaxınları bildirib. İkinci Qarabağ müharibəsində həlak olanların yaxınları dəfələrlə icra hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, tələblərinin yerinə yetirilmədiyini deyir.  Ailələr deyir ki, tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər.

XS
SM
MD
LG