Accessibility links

Tramp tərəfdarları Bayden prezidentliyinə reaksiya verir


Ceyms Kent
Ceyms Kent

Demokrat Co Baydenin çərşənbə günü prezidentlik vəzifəsinin icrasına başladığı Vaşinqtondan uzaqda keçmiş Prezident Donald Trampa sadiq qalan bir qrup luizianalı Baton Rujda ştatın Kapitoli binasının önündə dinc şəkildə düşüncələrini dilə gətiriblər.

Amerika boyu hüquq-mühafizə orqanları Tramqp tərəfdarı bir qrup insanın ABŞ Kapitolisinə hücumundan iki həftə sonra ştat paytaxtlarında mümkün zorakılığa hazırlaşırdılar. Ceyms Kent hakimiyyətin Trampdan Baydenə ötürülməsinə etiraz edən böyük kütlə ilə qarşılaşmaq ümidi ilə İnaqurasiya günündə Baton Ruja gəlib.

Lakin şəhərə Baydenin and içdiyi vaxtla eyni saatda gələn Kent ştat Kapitolisinin önündə metal barikadanın, yalnız bir etirazçının və maşınlarında outran bir neçə polis zabitinin olduğunu görüb.

Daha sonra əraziyə başqa etirazçılar da gəlib, amma onların sayı çox olmayıb. Kent buna görə məyusluğunu gizlədə bilməyib.

Metal barikadalar
Metal barikadalar

“Mən bura gəlib, insanlarla səs çıxarmaq istəyirdim,” o deyib.

Zorakılıq riski

“İnsanlar bura gəlməməyimizi söyləyirdilər,” – deyə, Nyu Orleans ətrafından ədalətsiz olduğunu düşündüyü seçki nəticələrinə etiraz etmək üçün gələn Tom Dil bildirib.

Bu ay ABŞ Kapitolisinə hücumdan iki həftə sonra bir neçə ultra-sağçı qrupun liderləri, o cümlədən yanvarın 6-da üzvlərini Vaşinqtona getməyə həvəsləndirənlər, tərəfdarlarını İnaqurasiya günündə böyük etirazladan uzaq durmağa çağırıb.

“Amma onlar mənim etiraz etməyimin qarşısını ala bilməzlər,” Dil ondan müyyən məsafədə dayanan polis maşınlarına işarə edərək bildirib.

Federal Təhqiqat Bürosu ştat agentlikləri ilə birlikdə Baton Ruj və ölkənin digər ştat paytaxtlarını mümkün siyasi zorakılığa qarşı müdafiə edib.

“Cinayət əməlləri, əmlakı dağıtmaq və qəsdən zorakılığı təhrik etmək başqalarının Birinci düzəliş haqlarını dinc şəkildə ifadə etmələrinin qarşısını alır – buna yol verilməyəcək,” Luiziana Ştat Polisinin sözçüsü Teylor Skrantz Amerikanın Səsinə bildirib.

Tom Dil
Tom Dil

Baton Ruj sakini Robert Harrison gün ərzində ştat Kapitolisinə getmək istədiyini ifadə edib, amma sonunda bunu etməkdən vaz keçib. O deyib ki, ultra-sağçıların Miçiqanın qubernatorunu oğurlamaq qəsdi ilə bağlı məlumatların üzə çıxmasından və ABŞ Kapitolisində baş verən hücumdan sonra zorakılıq təhlükəsi məhəl qoyulmayacaq dərəcədə ciddi idi.

“Yerli terrorçular İnaqurasiya gününə qədər niyyətlərini göstərdilər. Mən narahat idim və bu bir daha nə zaman baş verəcək deyə düşünürdüm.”

Nyu Orleansda yerləşən Dillard Universitetiin Şəhər Araşdırmaları və Dövlət Siyasəti üzrə professoru Robert Kollins Amerikanın Səsinə deyib ki, seçki nəticələrindən məmnun olmayan insanların qəzəblərini dilə gətirmələri başa düşüləndir.

“Tramp tərəfdarları həm ənənəvi mediada həm də sosial mediada onlara qarşı diskriminasiya edildiyini düşünürlər. Onlar başqa forumlarda səslərinin duyulmadığını düşünəndə, səslərini çatdıra bildiklərini düşündükləri yerlərə üz tuturlar. Demokratiyada insanların mənfi hisslərini ifadə etmələri üçün təhlükəsizlik klapanının olması vacimdir.”

Lakin Kollins 2020-ci il seçkisindən sonrakı dövrlə daha öncəki seçkilər arasında fərqin olduğunu söyləyir.

“Mən keçmiş prezidentin ondan öncəkilərin etdiyi kimi seçki nəticələrini qəbul etməməklə və hakimiyyətin dinc yolla ötürülməsinə razı olmamaqla demokratik prosesə vurduğu ziyanın nə qədər çox olduğunu deyə bilmərəm,” o deyib.

Bu, biz deyilik

Rebeka və Toni
Rebeka və Toni

ABŞ Kapitolisinə hücumdan sonra Trampın bəzi tərəfdarları haqsız yerə cəzalandırıldıqlarını düşünürlər.

“Sanki liberallar Tramp tərəfdarı olduğunu bildikləri hər kəsi çarmıxa çəkmək istəyirlər. Mən insanlara hələ də səsimin olduğunu göstərmək istədiyim üçün buradayam,” Kent deyib.

O, Baydenin Trampın siyasətlərini və təşəbbüslərini ləğv edən bir sıra sərəncamlar imzalayacağını eşitdiyi üçün məyus olduğunu deyib.

Ştat paytaxtında Amerikanın Səsinə danışan heç kəs etirazçıların zorakılığa əl atmalı olduqlarını söyləməyib. Soyadlarını söyləmək istəməyən Rebekka və Toni dəyərlərinə zidd olaraq gördükləri yeni administrasiyaya etirazlarını bildirməyin vacib olduğunu və bunun onların ölkələrinə olan sevgilərini göstərdiyini bildirib.

“Yanvarın 6-da baş verən zorakılıq – biz bu deyilik,” Rebekka deyib. “Biz buyuq. Etiraz edən və səs verən biz amerikalı olmağın bu tərəfləri ilə qürur duymalıyıq.”

Toni Baydenin fanatı olmadığını söyləsə də, o, amerikalıların əksəriyyətinin ona səs verdiyini və bunu qəbul etməli olduğunu anladığını deyib.

“Mən bura seçki nəticələrini dəyişmək istədiyim üçün gəlməmişəm. Mən səsimin başqası tərəfindən eşidilməsini istədiyimi düşündüyüm üçün buradayam,” o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG