Accessibility links

ABŞ-ın yeni Birinci Xanımı Cill Bayden


ABŞ-ın yeni Birinci Xanımı Cill Bayden
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Bu günlərdə inaqurasiyası baş tutmuş prezident Co Baydenin həyat yoldaşı Cill Bayden təhsilin Ağ Evdə əsas prioteti olacağını açıq şəkildə vurğulayıb. Xanım Bayden Vaşinqton həyatı ilə yaxından tanışdır. Belə ki, onun əri ABŞ Senatında 36 il, Barak Obamanın prezidentlik dövründə isə 8 il vitse-prezident vəzifəsində çalışıb.

Bu, doktorantura dərəcəsi almış ilk prezident xanımı Cill Baydendir. İnaqurasiyadan bir həftə az müddət keçdiyi bir vaxtda Bayden təhsil sahəsində olan mütəxəssislərlə virtual görüş zamanı ABŞ müəllimlərinin çətinliklərinin onun əsas prioriteti olacağını bildirib.

“Hamımız bu anda bir çox problemlə qarşılaşırıq və bilirəm ki, hamıdan daha çətin durumdayıq. Ancaq müəllimlər, bu bizim anımızdır, çünki biz xaosu necə gözəl bir şeyə çevirəcəyimizi bilirik, çünki biz bunu hər gün sinif otaqlarında edirik" - deyə, o bildirib.

Baydenin təhsil sahəsindəki keçmişi onun birinci xanım kimi fəaliyyətini möhkəmlədəcəyinə işarədir.

"Mən onun təhsil sistemində konkret islahatlar təkliflərində çox fəal olacağını gözləyirəm, Lakin çoxları bununla razı deyil. Bilirsiniz, çoxları birinci xanımın ağzını yumub, yalnız gözəl geyimlərdə görünməsini istəyir. Mən onlardan deyiləm. Bunun həqiqətən güclü bir platforma olacağını düşünürəm" - deyə, "Birinci xanımlar" kitabının müəllifi Betti Boyd Keroli qeyd edib.

Cill Bayden həyat yoldaşı vitse-prezident olduğu müddətdə Ağ Evdən kənarda işləyərək maaş alan ilk ikinci xanım idi və o, birinci xanım kimi Şimali Virginiya İcma Kollecində İngilis dili tədrisini davam etdirəcək: "Bunun necə çətin olduğunu bilirəm. Mən özüm də bu semester hibrid təhsil verirəm"

Kollecin açılışında o, sinif otağına girən bir tələbənin hekayəsini danışdı.
“Doktor B, mən sizi dünən gecə televiziyada Mişel Obama ilə birlkdə gördüm. Mən anama zəng etdim və "ana, ana, bu mənim ingilis dili müəllimimdir" dedim. O isə mənə "bu sənin müəllimin deyil, bu ikinci xanımdır" dedi".

Co Baydenlə həyat mürəkkəb şəraitdə başlayırdı. Cill boşanma ərəfəsində idi. Co isə həyat yoldaşı və körpəsi avtomobil qəzasında öldükdən sonra iki oğlunu tək böyüdürdü. Onlar Co Cillə beş dəfə evlənmə təklif etdikdən sonra ailə qurublar.

Co Bayden "Və beşinci dəfə mən nəhayət ona dedim "Cill, mənim İrland qürurum mənə üstün gəlməyə başlayır. Son dəfə səndən soruşacağam. "Mənimlə nə vaxt evlənəcəyini deyil, sadəcə mənimlə evlənəcəksənmi?" dedim. O da "hə" dedi."

Və dörd ildən sonra onların bir qızı doğuldu. 2015-ci ildə yenidən faciə baş verdi - Co Baydenin oğlu Boe beyin xərçəngindən öldü.

Bu, fərdi olaraq mənim və həyat yoldaşım Co üçündür – deyərək Cill Bayden təşəbbüslər siyahısına xərçənglə mübarizəni də əlavə etdi.

Həyat yoldaşının kampaniyası zamanı Cill Bayden ərinin pəltəkliyinin məsxərəyə qoyulmasından sonra onun həyatının erkən illəri rəqabət qabiliyyəti və qətiyyəti haqqında uşaqlar üçün kitab yazıb.

Delaver ştatını doğma evləri hesab etsələr də, Cill Bayden son 21 il ABŞ senatoru, daha səkkiz il isə Ağ Evdə vitse-prezident olan ərinin arxasınca gedib.

XS
SM
MD
LG