Müharibədən sonra hərbi qulluqçuların intiharının qarşısı necə alınmalıdır?
İkinci Qarabağ müharibəsində döyüşən hərbiçilərin cəmiyyətə adaptasiyası ciddi problemə çevrilməkdədir. Yanvar ayı ərzində sözügedən müharibədə yaralanan iki hərbi qulluqçu Vüsal Musayev və Yunis Mənsurov intihar edib. Mütəxəssislərin sözlərinə görə, posttravmatik stress pozuntusunun səbəb olduğu belə hallar müharibədən çıxmış bir çox ölkələrdə müşahidə olunur.