Accessibility links

İtaliyanın Baş Naziri istefa verdi


İtaliyanın Baş Naziri Cüzeppe Konte hakim koalisiyada həftələrlə davam edən narahatlıqlardan sonra çərşənbə axşamı istefa verərək, İtaliyada koronavirus pandemiyasına qarşı mübarizənin aparıldığı vaxt ölkəni rəhbərsiz qoyub.

O, istefa ərizəsini İtaliyanın Prezidenti Sercio Mattarellaya təqdim edib. İstefasını rəsmi olaraq baş katibi vasitəsilə elan edən Mattarella Konteni sonrakı addımlarla əlaqədar müzakirələr aparılanadək müvəqqəti vəzifədə qalmağa dəvət edib.

Mattarellanın ofisindən bildirilib ki, prezident növbəti addımların müəyyən edilməsi üçün çərşənbə günü partiyanın liderləri ilə məsləhətləşmələrə başlayacaq.ps.

Konte keçən həftə parlamentdə iki etimad səsverməsinə baxmayaraq, İtaliya Senatında əksəriyyəti itirib.

Həlledici müttəfiq olan sabiq Baş Nazir Matteo Renzinin getməsi hökumətin pandemiya və bunun nəticəsində ölkənin onsuz da zəif iqtisadiyyatını effektiv şəkildə idarə etmə qabiliyyətiniə təsir göstərib.

15 ay ərzində Konte onun parlamentdə ən böyük partiya olan “5 ulduzlu Hərəkat” və Matteo Salvininin “Liqa partiyası” ilə əməkdaşlıq edərək ölkəyə rəhbərlik edib. Lakin mübahisələr Salvininin baş nazir postunu qazana bilməməsindən sonra onun getməsinə gətirib çıxarmışdı və ilk hökumətin çökməsinə səbəb olmuşdu.

Prezident Mattarella ölkənin COVID-19 pandemiyası və bunun iqtisadi təsirəri ilə mübarizə apararkən güclü liderliyə ehtiyac olduğunu təkrarlayıb.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatlarına görə, İtaliya Avropada 2.4 milyondan çox yoluxma halı ilə dördüncü, 85 mindən çox ölüm sayı ilə ikinci yeri tutur.

Mattarella parlamentdə ehtiyac duyduğu koalisiyanı qurmaq üçün başqa siyasətçi tapmağa qərar verə bilər. Associated Press agentliyinin bildirdiyinə görə, onun seçkilərin vaxtından iki il əvvəl keçirilməsinə yol açmaq üçün parlamentin buraxılması kimi variantı da ola bilər.

Mərkəzçi müxalifət partiyasına rəhbərlik edən başqa bir sabiq Baş Nazir Silvio Berluskoni növbəti hökumətə həlledici dəstək verə bilər.

Berluskoni açıqlamasında “fövqəladə bir vəziyyətdə ölkənin əhəmiyyətli birliyini təmsil edəcək yeni bir hökumət” üçün çağırış edib. Açıqlamada erkən seçkilərin keçirilməsi də təklif edilib.

XS
SM
MD
LG