Accessibility links

ABŞ-ın yeni müdafiə nazirinin qarşısında duran vəzifələr


ABŞ-ın yeni müdafiə nazirinin qarşısında duran vəzifələr
please wait

No media source currently available

0:00 0:02:34 0:00

ABŞ-ın yeni müdafiə nazirinin qarşısında duran vəzifələr

Co Baydenin prezidentliyinin bir həftədən az müddətində ABŞ-ın yeni prezidenti və yeni müdafiə naziri Lloyd Ostin keçmiş prezident Donald Trampın etdiyi dəyişikliklərin ləğvi üçün Pentaqonda radikal dəyişikliklər aparır.

Ən yüksək hərbi məmurlar tərəfindən dəstəklənən Prezident Bayden qələm zərbəsi ilə sələfinin bölücü siyasətlərindən birini - transgenderlərin orduda xidmət etməsinə qoyulan qadağanı ləğv edib.

"Gördüyüm iş bütün ixtisaslı amerikalıların ölkələrinə vahid formada xidmət göstərmələrini təmin etməkdir", Bayden deyib.

Müdafiə naziri Lloyd Ostin Twitter-də bu addımı tərifləyərək, bunu yalnız doğru iş deyil, həm də ağıllı bir qərar adlandırıb.

Bazar ertəsi günü imzalanan sərəncam Ostinin keçən cümə Pentaqona gəldiyi gündən bəri ABŞ ordusunun kursunu dəyişdirməsinə kömək edən yeni administrasiyanın sonuncu addımıdır.

Ostin bir həftə əvvəl təsdiq edilərkən qanunvericilərə vədlərinə əməl edəcəyini deyib.

"İnsanlarımıza ayrıseçkilik, nifrət və təcavüzdən azad bir iş mühiti borcluyuq. Təsdiqlənsəm, cinsi təcavüzə yol verilməməsi üçün gərgin mübarizə aparacağam", Ostin deyib.

Ostin cinsi təcavüzə qarşı tədbir tələb edən memorandum hazırlayıb.

Ancaq ABŞ üçün Kapitolyaya basqında keçmiş ordu üzvlərinin sayının sübutu getdikcə artan ekstremizm problemi ilə əlaqədar irəliləyişə nail olmaq çətin ola bilər.

“İnsanların potensial neo-nasist döymələrinin yoxlanması üçün haşiyədən çıxmalıyıq. Yeni işə qəbul edilənlərin və aktiv xidmət üzvlərinin onlayn davranışları barədə daha çox məlumatlı olmalıyıq” - deyə, Soufan Group-un Siyasət və Araşdırmalar direktoru Kolin Klark bildirib.

Ostin digər problemlərlə də üzləşib.

O, ABŞ-ın koronavirus pandemiyası ilə mübarizəsinə yardım edəcəyinə söz verib.

Həm də əsas müttəfiqlərə müraciət edib.

Onu İraq və Əfqanıstanda ABŞ əsgərlərinin sayının illərin ən aşağı səviyyəsinə endiyi bölgələrdə nələr ediləcəyi ilə bağlı kritik seçimlər gözləyir.

Və ABŞ-ın hərbi mövcudluğunun azaldığı Afrikada da.

Rusiya ilə münasibətlərdə də artan gərginliklər mövcuddur. Şimali Koreya ilə bağlı, İran, Çin kimi narahatlıqlar var.

“Çini birinci yerə qoyardım. Çini önləyici təhlükə kimi görürəm. Bəzi hallarda Amerika xalqı və dünyadakı dostlarımız bunu anlamalıdırlar ki, çinlilər bəzən bizdən daha yaxşı sistemlər qururlar" - deyə, Demokratiya Fondundan Bradli Bouman bildirib.

Amerikanın yeni müdafiə nazirinin görməli işlərinin siyahısı olduqca uzundur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG