Accessibility links

Hesabata əsasən, ABŞ rəsmiləri 2020-ci ildə Vuhandan təxliyə olunan ilk amerikalıları qarşılamağa hazır olmayıblar


“Washington Post” qəzetinin yazdığına görə, ötən il Kaliforniya hərbi bazasında olan federal işçilər koronavirusun meydana gəldiyi Çinin Vuhan şəhərindən evakuasiya olunan ilk amerikalının qəbulu işinə hazır deyildilər.

Sözügedən nəşr onların evakuasiya olunanlarla görüşdükləri zaman maskalar taxmadığını və onların “virusun yayılmasının qarşısının alınması üçün planlarının olmadığını və ya infeksiyaya nəzarətlə bağlı təlim almadıqlarını” yazıb.

Qəzet cümə axşamı veb saytında bildirib ki, bu məlumatlar "bir şikayətçininABŞ rəsmilərinin təxliyə olunan təxminən 200 nəfəri qarşılamaq üçün toplaşdığı zaman xaos yarandığı ilə bağlı söylədiklərini" dəstəkləyir. Daha sonra Həmin 200 nəfərin koronavirus testləri müsbət çıxmayıb.

Bununla bərabər, qəzet məlumat verən şəxsin şikayətinin "Səhiyyə və İnsan Xidmətləri İdarəsi tərəfindən daxili təhqiqat və Xüsusi Məsləhət Ofisi tərəfindən nəzarət edilən bir araşdırma" ilə nəticələndiyini yazır.

Qəzetin hesabatına görə, Kaliforniya ştatının Riversayd dairəsindəki Marş Hava Qüvvələri Ehtiyat Bazasında Vuhandan evakuasiya olunanları qarşılayan federal rəsmilər görüşərkən “pis görünməmək” üçün qoruyucu vasitələrini çıxartmaq təlimatı alıb.

Trampın təyin etdiyi Robert Çarroun rəhbərlik etdiyi Səhiyyə və İnsan Xidmətləribub (HHS) baş vəkili məlumat verən şəxsin ziddiyyətli informasiyaları olduğu haqda Konqres üzvləri arasında həmin şəxsə qarşı kampaniya aparıb. Xüsusi müşavir Henri Kerner cümə axşamı Prezident Co Baydenə yazdığı məktubda HHS-nin bu hərəkətinin "qınanılması lazım olduğunu" qeyd edib. Kerner məlumat verən şəxsin “bu iddiaları irəli sürmək üçün böyük cəsarətini” tərifləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG