Accessibility links

Sahibkar: “Xüsusi karantin rejimi vaxtı gəlirlərimiz iki dəfə azalıb”


Sahibkar: “Xüsusi karantin rejimi vaxtı gəlirlərimiz iki dəfə azalıb”
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Fevralın 1-dən etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə səhər saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. Paytaxtdan fərqli olaraq, Lənkəran və bir sıra digər şəhərlərdə kafe və restoranların bağlanması ilə bağlı qərar, ötən ilin oktyabr ayının 30-dan qüvvədədir. Obyekt sahibləri bu 3 aylıq durğunluğun onların gəlirinə ciddi təsir etdiyini bildirirlər. Elvin Cavadov Lənkəran şəhərində fəaliyyət göstərən dönərxanaların birini idarə edir. Deyir onlayn sifarişlərə icazə olsa da, kafenin əsas hissəsi tamamilə boş qalıb. Nəticədə, bu müddət ərzində maddi gəlirləri təxmini 50% daha az olub. Bundan əlavə, kafe sahibi bazarda qiymət artımları müşahidə olduğu üçün, əvvəlki qiymətlərdə dəyişikliklər gözlənildiyini deyir. Ancaq kafelər əvvəlki iş rejiminə qayıdanda bunu hər iki tərəfi məmnun edəcək çıxış yolunu tapacağına inanır.

XS
SM
MD
LG