Accessibility links

10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs qətiimkan tədbiri uzadılıb


10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs qətiimkan tədbiri uzadılıb
please wait

No media source currently available

0:00 0:04:09 0:00

Fevralın 1-də Nəsimi Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə prosesində istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb. 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib. Dondar Quşçu kənd sakini Süleymanov İlkin təqsirləndirilən şəxs qismində saxlanılıb. İlkin Süleymanov özünü təqsirsiz bilir və işgəncə altında ifadə verdiyini bildirib.

XS
SM
MD
LG